Filippində universitetdə baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb
Bakı, 4 dekabr, AZƏRTAC
Filippinin Maravi şəhərində Mindanao Dövlət Universitetində törədilən terror aktının qurbanlarının sayı 11 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin “Manila Times” qəzeti məlumat yayıb.
Universitetin idman zalında keçirilən kütləvi aksiya zamanı partlayış baş verib. Partlayış nəticəsində 11 nəfər ölüb, 46 nəfər yaralanıb.
Məlumata görə, hücumda adı açıqlanmayan terror qruplaşması iştirak edib.
Hadisədən sonra Maravi şəhərinin meri Majul Qandamra müsəlman və xristian icmalarının üzvlərini dinc yanaşı yaşamağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]