Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb
Bakı, 3 dekabr, AZƏRTAC
Filippinin cənubunda baş verən atışmada hərbçilər “Daula İslamiyyə” silahlı qruplaşmasının üzvü olan 11 nəfəri məhv ediblər.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə şənbə günü Filippin ordusunun 6-cı piyada diviziyasının polkovnik-leytenantı Dennis Almorato məlumat verib.
Onun sözlərinə görə, hadisə cümə günü günortadan sonra ölkənin cənubundakı Maquindanao əyalətinin Datu Hoffer Ampatuan şəhərində baş verib. Silahlı qrupla qarşıdurmada hərbçilər iki “FA-50” qırıcısından və artilleriyadan istifadə edib. “Biz ərazidə 15-ə yaxın “Daula İslamiyyə” yaraqlısına qarşı hava hücumu həyata keçirdik", - polkovnik-leytenant jurnalistlərə deyib.
Hərbçilər toqquşma yerindən 8 odlu silah götürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]