ELM VƏ TƏHSİL
Fiziki tərbiyə müəllimləri üçün seminar
Bakı, 13 fevral, AZƏRTAC
Təlimə Dəstək Mərkəzi tərəfindən ümumtəhsil müəssisələrində fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, seminarların əsas məqsədi fiziki tərbiyə müəllimlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onlarla vəzifə öhdəlikləri barədə müzakirələr aparmaq və şagirdlərin idmana olan marağının artırılması üçün müəllimlərə metodiki dəstək verməkdir.
Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda fənnin məzmunu, strategiyası, dərs planlaşdırması, dərs prosesinin daha yaxşı təşkili, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi barədə söhbətlər aparılıb, müəllimlərə müvafiq tövsiyələr verilib.
Seminarların sonunda mövzu ətrafında müəllimlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.