FOLKLOR MƏRKƏZİNİN HAZIRLADIĞI YENİ KİTABLAR ÇAPDAN ÇIXMIŞDIR
Milli Elmlər Akademiyasının “Dədə Qorqud” adına Folklor Mərkəzinin “Azərbaycan folkloru antalogiyası” seriyasından hazırladığı növbəti kitablar çapdan buraxılmışdır.
Mərkəzin direktoru Hüseyn İsmayılov AzərTac-ın müxbirinə demişdir ki, fəaliyyətə başladığı son səkkiz ildə 20 cildlik “Azərbaycan folkloru antalogiyası”nın artıq 5 cildini çapdan buraxmışdır. “Naxçıvan folkloru”, “İraq-Türkmən folkloru”, “Göyçə folkloru”, “Şəki folkloru”nun birinci cildi və “Qarabağ folkloru” kitabları materiallarının zənginliyi və əlvanlığı, yüksək poliqrafik keyfiyyəti ilə oxucular və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Bu günlərdə həmin seriyadan “Şəki folkloru”nun 2-ci cildi və “Qaraqoyunlu folkloru” kitabları çapdan çıxmışdır. “Ağbaba folkloru” cildi fevralın sonunadək işıq üzü görəcəkdir. “Gəncəbasar folkloru” və “Zəngəzur folkloru” kitabları üzərində isə mətbəə-poliqrafiya işləri aparılır.
Bundan əlavə mərkəzdə 40-dək monoqrafik tədqiqat, o cümlədən maraqlı orijinal folklor nümunələri, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi məcmuəsinin beş kitabı nəşr olunmuşdur.
Mərkəz 100 cildlik “Azərbaycan folkloru” kitab seriyasını da hazırlamağı nəzərdə tutubdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]