Formula 1 yürüşlərinin yeganə qadın pilotu haqqında film ekranlara çıxacaq
Bakı, 1 iyun, AZƏRTAC
Formula 1 yürüşlərində xal toplamağa müvəffəq olmuş yeganə qadın pilot haqqında film iyunun 30-da ekranlara çıxacaq.
AZƏRTAC “Deadline” resursuna istinadla xəbər verir ki, Riyana Hartli və Vinsent Tranın çəkdiyi sənədli filmdə Formula 1 çempionatı yürüşlərində xal toplamağa nail olmuş yeganə qadın pilot olan Lella Lombardinin həyatından bəhs ediləcək. Lella Lombardi bu uğura 1975-ci ildə İspaniya Qran-Prisində nail olub. O vaxt Lombardi finiş xəttinə altıncı çatmışdı.
Təəssüf ki, həmin yürüş faciə ilə yadda qalıb: distansiyanın 25-ci dövrəsində Ralf Ştommelen trasdan çıxıb, qəza nəticəsində 5 tamaşaçı həlak olub. Yarış dayandırılıb, pilotların hər birinə topladıqların xalların yarısı hesablanıb. Yarış dayandırılan anda 6-cı mövqedə olan Lombardinin aktivinə 0,5 xal yazılıb.
Formula 1 karyerası ərzində 17 Qran-Pridə iştirak etmiş Lombardi bu yarışların 5-də təsnifat mərhələsindən keçə bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]