FOTOMÜSABİQƏNİN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Alman-Azərbaycan Mədəniyyət Mərkəzi - “Kapellhaus”da Mədəniyyət və Turizm Nazirliyinin Almaniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda alman xalqının memarlıq irsi” mövzusunda keçirilmiş fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə müsabiqənin məqsədindən danışılmış, vurğulanmışdır ki, XIX-XX əsrlərdə Bakı və Şəmkir şəhərlərində, Göygöl, Gədəbəy, Daşkəsən, Ağstafa, Tovuz və digər rayonlarda yerli almanlar və ölkəmizdə fəaliyyət göstərən alman şirkətləri tərəfindən bir sıra yaşayış evləri, kilsələr, sənaye binaları və sair inşa olunmuşdur. Hazırda bu binaların çoxu memarlıq abidəsi kimi Azərbaycan dövləti tərəfindən mühafizə edilir. Məhz bu müsabiqəni də keçirməkdə məqsəd ölkəmizdə yaşamış və yaratmış alman xalqının mədəni irsini təbliğ etməkdir.
Mükafatların təqdimat mərasimində münsiflər heyətinin qərarına əsasən 1-ci yer üçün 500, 2-ci və 3-cü yerlər üçün müvafiq olaraq 300 və 200 manat verilmişdir.
Mükafatlar “CONDESCON” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Seçilmiş fotoşəkillər və onlardan istifadə hüquqları Almaniyanın ölkəmizdəki səfirliyinə məxsus olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]