Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonunda baş vermiş vulkan püskürməsi ilə bağlı məlumat yaymışdır
Bakı, 12 may (AZƏRTAC). Hacıqabul rayonunun Qubalı Baloğlan və Rəcəbli kəndlərindən 30 kilometr aralıda dağlıq ərazidə palçıq vulkanının püskürməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmuşdur.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. İlkin məlumata görə, vulkandan qısa müddətdə çıxan alovun hündürlüyü 15-50 metr olmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır.
Hazırda həmin əraziyə mütəxəssislər tərəfindən baxış keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]