Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına mediatur təşkil olunub

Bakı, 18 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına KİV nümayəndələri üçün mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Akademiyanın rəisi general-mayor Baba Salayev media nümayəndələrinə kollektiv adından minnətdarlığını bildirib, onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu vurğulayıb. Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verən B.Salayev bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyası Prezident İlham Əliyevin 2008-ci il 2 iyun tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılıb. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində qısa müddətdə Akademiyanın müasir standartlara cavab verən maddi-texniki bazası formalaşıb. Akademiya rəisi, həmçinin tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını deyib. O, ali təhsil ocağının xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılmasını təmin edən xüsusi təyinatlı təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb.

Tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət göstərildiyini qeyd edən B.Salayev, eyni zamanda, Akademiyada beynəlxalq əlaqələrin genişləndirilməsindən, zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə təcrübə mübadiləsindən, birgə elmi-tədqiqat işlərinin aparılması məqsədilə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Texniki Universitetləri, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Dövlət Yanğından Mühafizə Akademiyaları, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidmətinin Universiteti, Gürcüstan Texniki Universiteti, Ukrayna Milli Mülki Müdafiə Universiteti, Qazaxıstan Respublikasının Kokşetau Texniki İnstitutu və digər ali təhsil müəssisələri ilə əlaqələr möhkəmləndirilməsindən danışıb.

Akademiyanın tədris işləri üzrə müavini daxili xidmət polkovniki Kazım Kazımov media nümayəndələrini fənn və peşə hazırlığı kabinetləri, mühazirə auditoriyaları, avtomobil hazırlığı, qazdan-tüstüdən mühafizə trenajor və təlim-məşq kompleksləri ilə, həmçinin elmi tədqiqat və tədris laboratoriya kompleksi, fənn və ekspertiza laboratoriyaları ilə tanış edib. Jurnalistlər, eyni zamanda, kursantlar üçün yaradılan şəraitlə tanış olub, kazarma və yeməkxanaya baş çəkiblər.

Rəis müavini Akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, magistratura səviyyəsində təhsil təşkil olunduğunu, fənn kabinetləri, auditoriya və laboratoriyaların hər cür zəruri avadanlıqlarla təchiz edildiyini qeyd edib. K.Kazımov, həmçinin deyib: “Akademiyada xilasetmə, tibbi hazırlıq, dalğıc və alpinist hazırlığı, yanğın siqnalizasiya və digər sahələr üzrə xüsusi tədris kabinetləri, elektronika və elektrotexnika, materialşünaslıq, kimya, informatika və s. fənn laboratoriyaları mövcuddur. Bütün bunlar tədrisin yüksək səviyyədə aparılmasına geniş imkanlar açır. Bundan başqa, kursantların asudə vaxtlarının səmərəli təşkili, o cümlədən müxtəlif bilik yarışları və viktorinaların, dərnəklərin təşkili, onların daim idmanla məşğul olmaları və sağlamlıq səviyyələrinin qorunması xüsusi diqqətdə saxlanılır”.

Media nümayəndələri FHN-in Akademiyasında Ulu Öndərin irsinin geniş əks olunduğu Heydər Əliyev Mərkəzini ziyarət edib, orada yaradılan şərait, geniş ekspozisiya və fotoguşələrlə tanış olublar. Akademiyanın baş leytenantı İradə Kərimova Heydər Əliyev Mərkəzi haqqında məlumat verərək qeyd edib ki, burada yaradılmış Heydər Əliyev Mərkəzinin imkanlarından geniş şəkildə istifadə edilməklə, həm ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Vətən qarşısında misilsiz xidmətləri şəxsi heyətə və kursantlara təlqin olunur, həm də onların Heydər Əliyev ideologiyası əsasında milli vətənpərvərlik ruhunda tərbiyə olunması işi təşkil olunur.

Jurnalistlər Akademiyanın 14 illik fəaliyyətini, şəxsi heyət və kursantlar tərəfindən qazanılmış nailiyyətləri əks etdirən uğurları özündə əks etdirən muzeydə də olublar.

Media mənsubları Akademiyanın Elektron kitabxanası ilə də tanış olublar. Qeyd olunub ki, müasir standartlara cavab verən kitabxana oxu zalından, ədəbiyyatlar qorunan fond otağından, xidməti otaqdan və abunə məntəqəsindən ibarətdir. Kitabxanada 77 oxucu yeri olan oxu zalı xidmət göstərir və həmin zalda quraşdırılmış bütün kompüterlərin internetə birbaşa çıxış imkanları vardır. Kitabxananın elektron bazası monoqrafiyalardan, dərsliklərdən, dərs vəsaitlərindən, bədii ədəbiyyatlardan, dövri nəşrlərdən və digərlərindən ibarətdir. Hazırda kitabxananın ədəbiyyat fondunda 1793 adda 14204 nüsxə kitab qorunur. Ümumi ədəbiyyat fondunun 1230 adda 8795 nüsxəsi Azərbaycan dilində olan kitablardır. Kitabxanada ədəbiyyatları elektron formata çevirən skan aparatı da mövcuddur. Onun vasitəsilə kitabxana fondunda qorunan bütün dərsliklər və dərs vəsaitlərinin, habelə ictimai-siyasi, tarixi və bədii ədəbiyyatların elektron nüsxələri hazırlanıb və proses davam etdirilir. İl ərzində isə 10 mindən çox oxucu davamiyyəti qeydə alınan kitabxanada elektron informasiya qurğusu mövcuddur. Onun vasitəsilə oxucu kitabxananın elektron kataloquna daxil olaraq kitabxana fondunda olan kitablar haqqında məlumat ala, bazada olan kitabın hazırda kitabxanada olub olmamasını, neçə nüsxə qalmasını yoxlaya bilər. Qurğu, həmçinin qeydiyyat funksiyasını da yerinə yetirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur