Fövqəladə mobil könüllü dəstələrin Bakı komandası üçün ilk tibbi yardım təlimləri keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Qızıl Aypara Cəmiyyətinin fövqəladə mobil könüllü dəstəsinin Bakı komandası üçün ilk tibbi yardım təlimləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi ölkəmizdəki nümayəndəliyinin birgə təşəbbüsü ilə keçirilən təlimlərdə 22 könüllü ilk yardımın əsaslarına aid müxtəlif nəzəri və praktiki biliklərə yiyələniblər. Üç gün davam edən təlimin sonuncu günü könüllülər ilk tibbi yardım çadırlarının qurulmasını öyrəniblər.
Təlim başa çatandan sonra könüllülər öyrəndikləri nəzəri və praktiki biliklərə əsasən imtahan verərək sertifikatlar alıblar.
Gələcəkdə təlimlərin mobil könüllü dəstələrin digər rayon bölmələri üçün də təşkil olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]