FRANSA DÜNYA ÇEMPİONATINDA AZƏRBAYCAN KOMANDASININ HESABINDA İLK GÜMÜŞ MEDAL
Paris, 22 oktyabr ( AZƏRTAC ). Parisin Pyer de Kubertən stadionunda 17-20 yaşlı gənclər arasında cüdo üzrə 15-ci Dünya çempionatına start verilmişdir.
Oktyabrın 22-də cempionatın təntənəli açılış mərasimində Beynəlxalq və Fransa cüdo federasiyalarının sədrləri Marius Vizer və Jan Lük Ruj idmancıları salamlamış, ayın 25-dək davam edəcək yarışlarda 75 ölkədən 500 idmançının, 17 hakim və 20 idman komissarının iştirak etdiklərini diqqətə çəkmiş, idmançılara müvəffəqiyyətlər arzulamışlar.
Yarışlarda Azərbaycanı 9 idmançı təmsil edir.
Yarışların ilk günü Ülviyyə Vəliyeva (48 kq), İlqar Müşkiyev (55 kq) və Rasim Əsədullayev (60 kq) öz qüvvələrini sınamışlar. Ü.Vəliyeva və R.Əsədullayev elə ilk görüşdə rəqiblərinə məğlub olaraq yarışı dayandırmışlar. 2009-cu ildə Yerevanda keçirilmiş yarışlarda ölkəmizin idman şərəfini layiqincə qorumuş və mükafata layiq görülmüş İlqar Müşkiyev dörddəbir finalda amerikalı, yarımfinalda isə braziliyalı rəqiblərinə böyük üstünlüklə qalib gələrək finala vəsiqə qazanmışdır. O, finalda yaponiyalı rəqibi ilə mübarizədə kobudluğa yol verdiyinə görə cüzi hesabla rəqibinə uduzsa da, komandamızın hesabına ilk gümüş medal qazandıra bilmişdir.
Yarışlar davam edir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]