Fransa məktəblərində maska taxmaq məcburi olacaq, müəllimlərə şəffaf maska veriləcək
Paris, 27 avqust, AZƏRTAC
Maska taxmaq istisnasız olaraq məcburidir. Bu, sentyabrın 1-dən başlanacaq yeni tədris ilində sanitar protokolun əsas prinsipidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Fransanın Təhsil naziri Jan-Mişel Blanke dərs ilinin başlaması ilə əlaqədar ənənəvi mətbuat konfransında deyib. O bildirib ki, maska taxmağın məcburi olması ibtidai sinif müəllimlərinə də aiddir. Nazirlik maska taxılmasına dair əvvəlcə müəyyən istisnalar nəzərdə tutsa da, hazırkı vəziyyətlə bağlı olaraq onlar ləğv edilib.
Təhsil naziri qeyd edib ki, məktəblərdə ödənişsiz maska paylanmayacaq. Ancaq hər bir məktəblinin dərsdə iştirakını təmin etmək məqsədilə məktəblərdə maska ehtiyatı nəzərdə tutulur ki, bu da aztəminatlı ailələrin uşaqlarına veriləcək. Nazirlik milli təhsil işçilərini maska ilə təmin edəcək. Habelə fiziki qüsurlu uşaqlarla işləyən müəllimlərə şəffaf maskalar veriləcək.
Sanitar protokolun ilin sonunadək dəyişməyəcəyi, yoluxma halı aşkarlandıqda həmin siniflərin və ya məktəbin bağlanacağı vurğulanıb.
Qeyd edək ki, Fransada sentyabrın 1-də 12 milyon şagird məktəbə gedəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:30]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:28]
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib
- 07.08.2026 [17:17]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [17:12]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [17:05]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:47]