Fransa ukraynalı qaçqınların yerləşdirilməsinə 500 milyon avro xərcləyib
Bakı, 23 fevral, AZƏRTAC
Ötən ilin fevralından bəri Fransaya 100 minə yaxın ukraynalı qaçqın gəlib və onların yerləşdirilməsinə ümumilikdə 500 milyon avro xərclənib.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen France-Presse agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, həmin vəsaitin əsas hissəsi ukraynalı qaçqınların müavinətlərinə (220 milyon avro) və yaşayışına (260 milyon avro) sərf olunub.
Nazir qeyd edib ki, Fransa vətəndaşları ölkəyə gələn 30 min ukraynalını öz evlərində yerləşdirib. Hazırda Ukrayna vətəndaşlarının ölkələrinə qayıdış dalğası müşahidə edilir, Fransaya gələn ukraynalıların sayı isə xeyli azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]