Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Yay Olimpiya Oyunlarından siyasi alət kimi istifadə edir- RƏY

Fransa Yay Olimpiya Oyunlarından siyasi alət kimi istifadə edir- RƏY

Bakı, 31 iyul, AZƏRTAC

2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanla bağlı təxribata yol veriləcəyi gözlənilən idi. Ermənistana hamilik edən Fransa ölkəmizə qarşı qərəzini, kinini “sülh və ümid” şüarı ilə keçirilən idman yarışında da ört-basdır edə bilmədi. Bu dəfə Paris "France 2" telekanalını önə verərək Azərbaycanın nüfuzunu ləkələməyə çalışdı, bizi təcavüzkar ölkə kimi dünyaya təqdim etdi. Bacardılarmı? Xeyr! Cüdoçumuz Hidayət Heydərov ötən gün finalda fransalı Joan Benjamen Qabanı məğlub edərək Olimpiya çempionu oldu. İdmançımız qalib gəlsə də, fransalı rəqibini qucaqlayıb alnından öpdü və bütün dünyaya Azərbaycanın gücünü, idman mədəniyyətini, humanistliyini göstərdi. Onun qələbəsi nəticəsində səsləndirilən Azərbaycanın Dövlət Himninə fransızlar qulaq asmalı oldular.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

Politoloq bildirib ki, Fransa televiziya kanalı siyasi qərəz nümayiş etdirməklə Olimpiya Xartiyasının əsas prinsiplərini, jurnalistika etikasını pozub. Fransa Yay Olimpiya Oyunlarından siyasi alət kimi istifadə edir. Olimpiya Oyunlarının açılışından canlı yayım edən telekanalın aparıcıları erməni idmançılarını təqdim edərkən “dostlarımız, tarixən fransızların qəlbinə yaxın olan ölkə, erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan Ordusu tərəfindən süqutu ilə ağır bir il oldu” kimi təxribatçı ifadələr səsləndirdilər. Aparıcı Azərbaycan idmançılarını təqdim edəndə isə “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” dedi. Sirr deyil ki, bu cür ifadələr tamaşaçıların şüurunda, yaddaşında Azərbaycanla bağlı neqativ fikirlər, təəssüratlar yaradır. Şübhə etmirik ki, aparıcının çıxışı Yelisey sarayında hazırlanıb. Onlar yuxarıdan verilən təlimata uyğun olaraq siyasi riyakarlığa əl atıblar, hikkəli ifadələrdən istifadə ediblər. Almaniyada futbol üzrə Avropa çempionatında "Bozqurd" işarəsi göstərdiyi üçün türkiyəli idmançı Merih Demiralı cəzalandıran Qərb “France 2” telekanalının təxribatlarına göz yumur.

“Azərbaycanın dünya idman ictimaiyyəti qarşısında təcavüzkar ölkə kimi təqdim edilməsi, ərazi bütövlüyümüzün şübhə altına alınması bizi bir millət, dövlət olaraq aşağılanmağımıza hesablanıb. Artıq Azərbaycanın Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlayıb. Fransanın Birləşmiş Millətlər Təşkilatının bir neçə qətnaməsini, o cümlədən Olimpiya Xartiyasının əsas prinsiplərini kobud şəkildə pozması müraciətdə öz əksini tapıb. Dünyada idmanı təbliğ etməli və Olimpiya Hərəkatına rəhbərlik etməli olan Beynəlxalq Olimpiya Komitəsinin digər missiyası da idmana və idmançılara qarşı hər hansı siyasi, yaxud kommersiya istismarına qarşı çıxmaqdır. Komitə "France 2" telekanalının canlı yayımda Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətməsinə biganə qalmamalıdır. Avropa sivilizasiyasına ləkə olan belə addımların qarşısı vaxtında alınmalıdır. Bu gün Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir. Bizim bu il Paris Yay Olimpiya Oyunlarında iştirakımız da bu əməkdaşlığın sübutudur. Təəssüf ki, bütün iştirakçılara bərabər imkanlar yaratmağa borclu olan Parisin atdığı addımlar bizə Avropanın orta əsrlər tarixini xatırlatdı. Parisdə Olimpiadanın açılış mərasimində göstərilən məlum biabırçılıq, əslində, Fransa dövlətinin mənsub olduğu siyasi və mənəvi düşüncənin, təfəkkürün, nihilizmin təzahürüdür. Bu yolla onlar ölkələrində qurmaq istədikləri "gələcəyi", "yeni cəmiyyəti" insanlara nümayiş etdirirlər. Görünür, Fransa üçün milli ləyaqətə ehtiram, başqasının milli maraqlarına hörmət çoxdan arxa plana keçib”,-deyə R.Alıyev vurğulayıb.

Politoloq əlavə edib ki, Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində Fransa dünyada, o cümlədən regionumuzda nüfuzunu itirməkdə davam edir. Bu, özünü Olimpiya Oyunlarının rəsmi açılışı mərasimində də göstərdi. Məhz E.Makronun və onun komandasının qərəzli, təxribat xarakterli siyasi fəaliyyəti ucbatından bir vaxtlar azərbaycanlıların ən çox sevdiyi, pərəstiş etdikləri ölkələrdən olan Fransa bu gün siyasi çirkablarla, kin-küdurətlərlə dolu bir düşmən obrazında özünü təcəlla edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”la maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi