Fransada 15 min dövlət məmuru vəzifəsinin ləğvi gözlənilir
Paris, 24 iyul, AZƏRTAC
Fransanın Fəaliyyət və dövlət hesabları naziri Jerald Darmanən 2022-ci ilə qədər 15 min dövlət məmuru vəzifəsinin ləğv olacağını bildirib. AZƏRTAC xəbər verir ki, ölkədə, həmçinin yerli özünüidarə orqanlarında 70 min vəzifənin ləğv edilməsi ilə bağlı vədə əməl olunacaq. Eyni zamanda, 2020-ci ildə Fransada iki min məmur vəzifəsinin ləğv olunacağı və bunun əksəriyyətinin İqtisadiyyat və Maliyyə Nazirliyini əhatə edəcəyi vurğulanıb.
Bu gün Fransa Milli Assambleyasının sessiyasında da “dövlət qulluğunda islahatlar” adlı yeni qanun layihəsi qəbul edilib. Yeni qanun 2020-ci il yanvarın 1-dən etibarən tətbiq ediləcək. Qanun dövlət (44 faiz), yerli özünüidarə orqanları (35 faiz) və xəstəxanalar (21 faiz) olmaqla 5.5 milyon dövlət qulluqçusuna şamil olunur.
Qeyd edək ki, 2017-ci ildə Fransa prezidentliyinə namizədliyi zamanı Emmanuel Makron mandatı müddətində 50 min dövlət qulluğu vəzifəsinin ləğv olunacağını vəd etmişdi.
Dövlət qulluğu üzrə dövlət katibi Olivye Düssot isə 2022-ci ilədək bu qədər vəzifənin ləğv edilməsinin çətin olacağını bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]