FRANSADA 297 AVTOMAŞIN YANDIRILMIŞ, 121 NƏFƏR SAXLANILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransada bayramları “atəşfəşanlıqla” qarşılamaq artıq “ənənəyə” çevrilmişdir. İyulun 13-dən 14-nə keçən gecə ölkədə 297 maşın yandırılmış və bu işdə şübhəli bilinən 121 nəfər saxlanılmışdır.
Maşınların 211-i məhz ölkənin İl-de Frans ərazisində yandırılmışdır. Saxlanılanların da 72 nəfəri bu bölgədən olmuşdur.
Ot-de-Sen və Anyer-sür-Sen departamentlərində ixtişaş törətməyə cəhd göstərənlər pinevmatik silahdan atəş açaraq polis komissarını yaralamışlar.
Val-d’Uaz departamentində isə sahəsi 8 min kvadratmetr olan gimnaziyaya od vurmuşlar. Yanğın gimnaziyanın yarısını yararsız hala salmışdır. Polis bu hadisənin cinayət məqsədilə törədildiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]