Fransada 7 gömrük əməkdaşı həbs edilmişdir
Paris, 25 iyun (AZƏRTAC ). İyunun 23-də Fransanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Polisinin əməkdaşları Parisn Şarl de Qoll beynəlxalq hava limanında 7 gömrük əməkdaşından ibarət cinayətkar dəstə həbs edilmişlər. Onlar narkotik maddələrin daşınmasında, sərnişinlərə məxsus yüklərin oğurlanmasında və çirkli pulların yuyulmasında müqəssir bilinmişlər.
Cinayətkar dəstənin fəaliyyətini araşdıran polis onların Afinadan gələn təyyarədəki sərnişinlərin birinin çamadandakı 640 min avro dəyərində narkotik maddəni oğurladıqlarını müəyyən etmişlər. Araşdırmalar zamanı quldur dəstə üzvlərinin ümumilikdə Andorra banklarındakı hesablarında 5,5 milyon avronun olduğu aşkar edilmişdir. Onların iş yerində axtarış aparılarkən 157 min avro aşkar edilərək götürülmüşdür.
İlkin sorğu zamanı 40-50 yaş hədlərində olan dəstə üzvlərinin uzun müddət cinayət əlaqəsinə girdikləri aydın olmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [17:11]
Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb
- 23.05.2026 [14:28]
Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]