FRANSANIN AZADLIĞI UĞRUNDA HƏLAK OLMUŞ AZƏRBAYCANLI DÖYÜŞÇÜLƏRİN XATİRƏSİ ANILMIŞDIR
Sonra mərasim iştirakçıları Fransanın azadlığı uğrunda şəhid olmuş azərbaycanlıların şərəfinə şəhər qəbiristanlığında ucaldılmış abidəni ziyarət edərək əklil qoymuş, onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Müharibə veteranları onlarla birlikdə vuruşmuş azərbaycanlı döyüşçülərin şücaətindən söhbət açmılar.
Rodez şəhərindən 7 kilometr uzaqda yerləşən Sən Rueqar kəndi ətrafında alman faşistləri tərəfindən güllələnmiş mülki əhalinin və Müqavimət hərəkatı döyüşçülərinin məzarları da ziyarət olunmuşdur. Qardaşlıq qəbiristanlığında fransızlarla birlikdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlı döyüşçülərin əbədiyyətə qovuşduqları barədə məlumat verilmişdir.