FRANSANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİ BİOMETRİK VİZALARIN VERİLMƏSİNƏ BAŞLAYACAQDIR
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Nazirlər Şurasının qərarına əsasən Fransanın Azərbaycandakı səfirliyi oktyabrın 6-dan etibarən biometrik vizaların verilməsinə başlayacaqdır.
Yeni qayda viza almaq istəyənin fotoşəklinin çəkilməsini və barmaq izlərinin götürülməsini nəzərdə tutduğuna görə, həmin adamın viza sənədlərinin təqdimatında şəxsən iştirakı zəruridir.
Bu prosedur bütün növ pasport (adi, xidməti və diplomatik ) sahiblərinə səyahətin məqsədindən asılı olmayaraq hər cür vizalara, o cümlədən Şengen məkanında tranzit və qısamüddətli vizalara, Fransa üçün uzunmüddətli vizalara şamil ediləcəkdir. Yalnız yaşı 6-dan az olan uşaqlar barmaq izlərinin götürülməsindən azad edilirlər.
Yeni qayda Azərbaycan vətəndaşlarının Fransaya və Şengen məkanına daxil olan ölkələrə getməsi üçün maneə yaratmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]