Fransız bəstəkarı Filip Kirkorova qarşı yenidən iddia irəli sürüb
Moskva, 18 mart, AZƏRTAC
Fransız bəstəkarı və ifaçısı Didye Maruani Rusiyanın Xalq artisti Filip Kirkorova qarşı yenidən iddia irəli sürüb.
AZƏRTAC xəbər verir ki, fransız bəstəkarı “Qəddar sevgi” (“Jestokaya lyubov”) mahnısına görə müəllif hüquqlarının müdafiəsi üçün F.Kirkorov və bəstəkar Oleq Popkova qarşı 272 milyon rubl məbləğində iddia irəli sürüb.
İddiada deyilir ki, bəstəkar O.Popkov və ifaçı F.Kirkorov Didye Maruaninin “Symphonic Space Dream” mahnısının musiqisindən istifadə ediblər. İddia Moskva məhkəməsinə təqdim olunub.
Fransız bəstəkarı 2016-cı ildə də Kirkorova qarşı bu iddia ilə çıxış etmişdi. Lakin o zaman mahnıların musiqisində oxşarlığı sübut etmək mümkün olmamışdı.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]