Fransız memarları “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olmuşlar
Bakı, 19 iyun (AZƏRTAC). Bakının müasir arxitekturasına maraq göstərən bir qrup fransız memarı “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olmuşdur.
“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Fransanın Lion şəhərindəki “Planete Architecture” təşkilatını təmsil edən memarlar layihənin tərtibatçıları, mühəndisləri və binaların quruluşu ilə maraqlanmışlar.
Qeyd edilmişdir ki, “Bakı Ağ Şəhər” layihəsi Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir metodlarla həyata keçirilir. Fransalı qonaqlar layihə üzərində çalışan yerli və xarici mütəxəssislər barədə də məlumat almışlar.
“Planete Architecture” dünya memarlıq irsi barədə məlumatlığı artırmaq məqsədilə yaranmış təşkilatdır. Onun təməlini Lion şəhərinin görkəmli memarları qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]