FRANSIZ RƏSSAMLARININ NİSDƏ OĞURLANMIŞ TABLOLARI MARSELDƏ TAPILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2007-ci il avqustun 5-də fransız rəssamlarından Monenin, Sisleyin və Bruejelin Nis şəhərinin incəsənət muzeyindən oğurlanmış 4 tablosu Fransanın mədəni incilərinin trafikinə qarşı mübarizə mərkəzi ofisinin və Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarının birgə apardıqları axtarışlardan sonra Marseldə tapılmışdır.
Oğurluqda təqsirli bilinən 12 nəfər saxlanılmışdır. Bu cinayətdə əli olmaqda şübhəli bilinən bir qadın Amerikada, digərləri isə Fransanın Nis, Bandol və Marsel şəhərlərində yaxalanmışlar.
2007-ci il avqustun 5-də silahlanmış beş cinayətkar Nis incəsənət muzeyinə daxil olmuş, əməkdaşları hədələyərək rəssamların 4 nadir əsərini götürmüş və aradan çıxmağa müvəffəq olmuşlar.
Parisin Orsey muzeyindən gətirilərək Nis incəsənət muzeyində nümayiş etdirilən Klod Monenin “Düeppi qayası”, Alfred Sisleyin “Morentin qovaq ağaclı xiyabanı”, Jan Bruejelin “Su alleqaryası” və “Yer alleqaryası” tablolarının ümumulikdə qiymətinin 15-20 milyon avro dəyərində olduğu bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]