Futbol İdarəçiliyi Təlim Proqramına start verilmişdir
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da AFFA və Liverpul Universitetinin əməkdaşlığı çərçivəsində Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə start verilmişdir.
AZƏRTAC xəbər verir ki, mayın 13-dək davam edəcək tədbirdə AFFA-nın, “Neftçi”, “Qəbələ”, “Xəzər-Lənkəran”, “AZAL”, “Qarabağ”, “İnter”, “Bakı” və “Turan” klublarının nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, bu ilin fevralında AFFA-nın baş katibi Elxan Məmmədov Liverpul şəhərində eyniadlı universitetin futbolun idarə edilməsi üzrə proqram direktoru, professor Geoff Pirson ilə görüşmüşdü. Görüşdə universitetinin professorlarının Azərbaycana gəlib AFFA-nın, ölkə klublarının əməkdaşları və futbol ictimaiyyətinin nümayəndələri üçün müvafiq kurslar keçməsi barədə razılıq əldə edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]