Futbol üzrə Azərbaycan I Divizionunda yeni mövsümə oktyabrın 1-də start veriləcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan I Divizionunda 2020-2021-ci il mövsümünün başlanma tarixi müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, yarış oktyabrın 1-də başlayacaq. Üç dövrədə keçiriləcək turnirdə “Turan Tovuz”, “Zaqatala”, “Sabah-2”, “Neftçi-2”, “Kəpəz”, “Keşlə-2”, “Sumqayıt-2”, “Qarabağ-2”, MOİK və “Qaradağ Lökbatan” komandaları iştirak edəcəklər.
Yarışın püşkatma mərasimi sentyabrın 24-də saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının “YouTube”dakı rəsmi kanalı ilə birbaşa yayımlanacaq.
Karantin rejimi ilə əlaqədar klubların və KİV-lərin nümayəndələri püşkatma mərasimində iştirak etməyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]