REGİONLAR
Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub
![](/files/galleryphoto/2024/2/1200x630/1717238251317221223_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172382514823811291_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172382514227221255_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172382516060843202_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172382516136456173_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172382513080144432_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172382516314635830_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717238251254734251_1200x630.jpg)
Füzuli, 1 iyun, Aydın Yavərzadə AZƏRTAC
Füzuli rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Bayramınız mübarək, əziz şəhid uşaqları!” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri və şəhid uşaqları iştirak ediblər.
Tədbirdə Dövlət Himnimiz səsləndirilib və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən, həssas təbəqədən olan ailələrin və uşaqların daim dövlətin diqqət mərkəzində olmasından bəhs ediblər. Şanlı Ordumuzun Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində qazandığı böyük Zəfərdən söz açılıb. Şəhid övladları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edilib, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulanıb.
“Uşaqlar gələcəyimizdir” adlı videoçarxın nümayişindən sonra Füzuli Dövlət Dram Teatrının kollektivinin hazırladığı musiqili proqram təqdim olunub. Şəhid övladlarına bayram hədiyyəsi təqdim olunub.