G20 ölkələrinin nazirləri süni intellekt texnologiyalarından istifadənin prinsiplərini razılaşdırıblar
Tokio, 9 iyun, AZƏRTAC
G20 ölkələrinin ticarət və rəqəmsal iqtisadiyyat nazirləri süni intellekt texnologiyalarından istifadənin əsas prinsiplərini razılaşdırıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın Tsukuba şəhərində keçirilən danışıqların birinci günündə əldə edilib.
Həmin prinsiplərə görə, insanlar süni intellektdən istifadə nəticəsində iş yerlərini itirə bilərlər. Bundan əlavə, prinsiplər məlumatlarda sistemli yanlışlıqlar nəticəsində diskriminasiya da daxil olmaqla, etnik xarakterli problemlərin mümkünlüyünü təsdiq edir.
Görüş iştirakçıları “insanlara istiqamətlənən süni intellekt” ideyasını da təqdim ediblər. Bu zaman bütün ölkələr süni intellekt texnologiyalarından insan hüquqlarına riayət etmək şərti ilə istifadəyə və bunun nəticəsində əldə olunan üstünlükləri mübadilə etməyə çağırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]