Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“GECƏ YARISI QƏTL” KİTABININ TƏQDİMAT MƏRASİMİ

Xəbər verdiyimiz kimi, iyulun 9-da “Gülüstan” sarayında hüquqşünas İsa Nəcəfovun “Gecə yarısı qətl” kitabının təqdimat mərasimi keçirilmişdir.

Sənədli faktlar əsasında siyasi dedektiv janrında yazılmış kitab iki görkəmli dövlət xadiminin – respublika Ali Sovetinin sədr müavini Afiyəddin Cəlilovun və Prezidentin yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlə yetirilməsindən, habelə DİN-in xüsusi təyinatlı polis dəstəsinin Baş Prokurorluğa basqınından, 1994-cü ilin oktyabrı və 1995-ci ilin martındakı dövlət çevirilişi cəhdlərindən bəhs edir.

Mərasimi Milli Məclisin deputatı MÜBARİZ QURBANLI açaraq dedi ki, son illərdə nəşr olunan müxtəlif kitablarda ən yeni tariximizlə bağlı hadisələrin təsvirini görürük. Ümumiyyətlə, tarixi keçmişin sənədli əsərlərdə əks etdirilməsi olduqca vacibdir. Çünki gələcəyi müəyyənləşdirmək üçün keçmişi obyektiv şəkildə öyrənmək, dəqiq məlumata malik olmaq lazımdır. Bu baxımdan, İsa Nəcəfovun “Gecə yarısı qətl” kitabı da Azərbaycan xalqının ən yeni tarixi ilə bağlı əsərlərdən biridir.

Natiq bildirdi ki, kitabda xalqımızın müstəqillik şəraitində keçdiyi on illik yolun müəyyən məqamları öz əksini tapıb və çox böyük faktik materiallar toplanıbdır. Məlumdur ki, bu gün bəziləri yaxın dövr tariximizi saxtalaşdırmağa çalışır, hadisələrin şahidi olan insanların gözü qarşısında yalan, böhtanla məşğul olurlar. Müxalifətin təsir dairəsində olan mətbuat orqanlarında buna rast gəlirik. Müxalif qüvvələr yaxın keçmişimizi saxtalaşdırmaqla özlərinin cinayətlərinə, bəd əməllərinə bəraət qazandırmaq istəyirlər.

O, Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ölkədəki xaotik vəziyyətdən, özbaşınalıqdan, iqtisadiyyatın dağılma həddinə çatmasından, qanunsuz silahlı dəstələrin tüğyan etməsindən, cinayətin yüksək həddə çatmasından, terror hadisələrinin adi hala çevrilməsindən bəhs edərək dedi ki, hələ Mütəllibov rejimi dövründə biz Azərbaycanda siyasi sifarişlərlə qətllərin həyata keçirildiyinin şahidi olduq. İsa Nəcəfovun “Naşirin ölümü” kitabında da siyasi sifarişli qətllər haqqında geniş məlumatlar verilmişdir. Əgər 1993-cü ilin böhranlı hadisələri zamanı möhtərəm Heydər Əliyev ölkəmizin rəhbərliyinə gəlməsəydi, həmin siyasi sifarişli qətllər bəlkə bu gün də adi hal ola bilərdi. Cənab Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda bu cür qətllərin də qarşısı alındı, cinayətkarlığa qarşı qəti və ardıcıl mübarizə başlandı. 1993-cü ildən sonra baş verən hadisələr, xüsusilə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri, Prezident Heydər Əliyevin siyasətinə mane olmaq üçün daxili və xarici qüvvələr tərəfindən ölkədə siyasi terror aktlarının həyata keçirilməsi, dövlət xadimlərinə terror edilməsi, cinayətkarların həbsxanalardan qaçırılması və sairə bu kimi faktlar kitabda öz əksini tapıbdır.

M.Qurbanlı yaxın keçmişimiz haqqında həqiqətlərin gənc nəslə çatdırılması baxımından da bu kitabın əhəmiyyətli olduğunu vurğulayaraq bildirdiki, müəllif Azərbaycanda dövlət çevrilişinə cəhd edən, siyasi möhtəkirliyə, korrupsiyaya rəvac verən şəxslərin kimliyini bir daha açıqlayır. 

Milli Məclisin deputatı, Azərbaycan MEA-nın müxbir üzvü NİZAMİ CƏFƏROV çıxışında dedi ki, vaxt çox sürətlə ötür və belə təsəvvür yaradır ki, tarix bu gün baş verən müxtəlif hadisələrin dünənki eklektikasıdır. Yəni mahiyyətcə səhv olan bir təsəvvür yaranır. Ancaq bununla yanaşı, ağıllı, müdrik adamlar belə hesab eşdirlər ki, bizim bu yaxın illərin möhtəşəm bir tarixi var və belə kitablar bizi tədricən bu tarixə yaxınlaşdırır. İsa Nəcəfovun “Gecə yarısı qətl” əsəri də həm sənədliliyi ilə, həm də yeni tarixin fəlsəfəsini ümumiləşdirən məntiqi ilə bizim üçün olduqca qiymətlidir. Təəssüf ki, böyük yazıçılar, ədəbiyyatımız ən yeni tariximizin fəlsəfəsi barədə yazmırlar. Bədii təfəkkür, bədii ümumiləşdirmə sənədli düşüncədən bir az geri qalır. Mən çox istərdim ki, qalmasın. Çünki bu gün bizim ədəbiyyatımızın, bədii təfəkkürümüzün fərarilik etməsinə haqqı yoxdur. Bizim ictimai-siyasi fikrimizdə gedən proseslər xalqımızın düşüncəsi üçün çox yaxın olan bədii məntiqlə öz ifadəsini, şərhini tapmalıdır. Bu mənada bu cür əsərlərin yaranması bədii düşüncəyə bir girişdir.

“Tarix Azərbaycan xalqına ən böyük əsərini- Azərbaycan dövlətini veribdir” fikrini səsləndirən natiq dedi ki, bu dövləti quran insan bizim gözümüzün qabağında fəaliyyət göstərir və bütün Azərbaycan xalqının ruhunu, gücünü, dövlət quruculuq istedadını özündə ifadə və nümayiş etdirən bir insandır. Bir neçə il bundan əvvəl cənab Heydər Əliyev Atatürk haqqında demişdi ki, “Türkiyə Respublikası Atatürkün yalnız fəaliyyətinin nəticəsi deyil, həm də qəhrəmanlığının nəticəsidir”. Bu sözlər eynilə cənab Heydər Əliyevə də aiddir. Azərbaycan dövlətinin qurulması Heydər Əliyevin yalnız iqtidar fəaliyyətinin nəticəsi deyil, onun tarixi qəhrəmanlığının nəticəsidir və bu, kitabın məntiqində açılır. Elə bu kitabın əsas xətti də Azərblaycan Prezidentinin fəaliyyətidir, milli dövlət quruculuğu uğrunda apardığı mübarizənin məntiqidir.

“Bir insan bir millət üçün dövlət qurmaq istəyir, yüz insan bu dövləti dağıtmaq istəyir, ona qarşı mübarizə aparır və bu, nə qədər böyük çətinlik törədir”-deyən N.Cəfərov bildirdi ki, o dövrdə hər dərədən bir “qəhrəman”, yəni dövlət dağıdan “qəhrəmanlar” çıxırdı. Lakin onların hamısı ictimai həyatımızın problemlərinin, çətinliklərinin yetişdirdiyi “qəhrəmanlar” idi və xalqın böyük iradəsinə qalib gələ bilməzdilər. Kitabın məntiqi birinici növbədə, bunu əsaslandırır.

Bu gün Azərbaycan milli dövlət quruculuğu sahəsində əsl qəhrəmanın kim olduğunu öz cəmiyyətinə, xalqına sübut edə bilibdir. Azərbayan xalqı öz içində ən demokratik, ən normativ hissləri oyada bilib, öz mübarizəsinin məntiqini müəyyənləşdirə bilibdir. Ona görə də bugünkü dövlət qurculuğu proseslərində biz lazımi normativliyə çatmışıq və bir millət olaraq dövlət qurmaq qabiliyyətimizi sübut edə bilmişik.

Natiq müəllifi təbrik edərək dedi ki, “Gecə yarısı qətl” kitabının daha böyük mövzunu əhatə edir, daha böyük idealları təsdiq edir və əminəm ki, siz gələcəkdə bu kitabın adına yenidən baxacaqsınız. Bu əsərin adı üzərində bir daha düşünmək olar və bu, mümkündür. Belə kitablar çox yaranmalıdır. Ən yeni tariximizi öyrənməyimizə, hər dəfə xatırlamağımıza ehtiyac var. Çünki biz dövlətçilik yaddaşımızı möhkəmləndirməliyk və cənab Heydər Əliyevin apardığı mübarizəni beynimizdə daim saxlamalıyıq. Mən müasir Azərbaycan dövlətçiliyinin banisinə, qurucusuna uzun ömür arzulayıram. Əminəm ki, Heydər Əliyevi öyrənmək Azərbaycan milli dövlətçiliyinin tarixini öyrənməkdir, xalqımızın gələcək imkanlarını, mənəvi gücünü öyrənməkdir və bir daha təsdiq etməkdir.

Hüquqşünas TAHİR KAZIMOV müəllifi təbrik edərək, dedi ki, ötən əsrin axırlarında Azərbaycanda baş verən tarixi hadisələr içərisində Azərbaycan xalqının əsrlər boyu həsrətini çəkdiyi müstəqilliyin elan edilməsi kimi əvəzsiz nailiyyət də var. Lakin müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək, əbədi etmək bundan qat-qatçətindir. Bu yol Azərbaycan üçün əzablı və çətin olmuşdur. Çünki həm daxildə, həm də xaricdə ölkəmizin istiqlalının əleyhinə olan qüvvələr mövcud idi. Ermənistan Azərbaycana qarşı işğalçı müharibə aparırdı. Bu azmış kimi, Azərbaycanın müstəqilliyi elan edilərkən dövlət rəhbərliyi Ayaz Mütəllibov kimi təsadüfi və səriştəsiz adamların əlində idi. Ayaz Mütəllibovdan sonra hakimiyyəti ələ almış AXC-Müsavat iqtidarı da bacarıq və qabiliyyəti ilə ondan fərqlənmirdi.

O, həmin dövrdə separatçı qüvvələrin günahkar hərəkətləri nəticəsində Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsinin yarandığını, qanunsuz silahlı birləşmələrin yaradılmasına rəvac verilməklə ölkənin vətəndaş müharibəsi həddinə çatdığını, cəzasızlıq şəraitinin formalaşması nəticəsində cinayətkarlığın görünməmiş dərəcədə vüsət aldığını, şəxsiyyətin hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasının adi hala çevrildiyini, torpaqlarımızın böyük bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bir milyondan artıq vətəndaşımızın öz doğma yurdlarından didərgin düşdüyünü yada salaraq dedi ki, dövlətçiliyimiz ağır və təhlükəli sınaqlar qarşısında qaldığı bir vaxtda xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdan möhtərəm cənab Heydər Əliyev tərəfindən müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirildi, vətəndaş müharibəsinin və qardaş qırğınının qarşısı alındı, dövlət quruculuğuna başlanıldı.

Natiq Prezident Heydər Əliyevin bu sahədə verdiyi fərmanları, imzaladığı müqavilələri yada saldı və bildirdi ki, bütün bunlar Azərbaycanın istiqlalını istəməyən qüvvələri hərəkətə gətirməyə bilməzdi. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi” imzalanandan bir gün sonra ağır dövləti cinayətlər törətmiş Rəhim Qazıyev, Əlikram Hümbətov MTN-nin istintaq təcridxanasından qaçırıldılar. 1994-cü il sentyabrın 29-da Ali Sovet sədrinin müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirildilər. Həmin il oktyabrın 2-də Respublika Prokurorluğuna basqın edildi və baş prokuroru döydülər. Bu terror hadisələrindən sonra Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının başçılığı ilə 1994-cü ilin oktyabr ayında Azərbaycanda dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd göstərildi.

Hüquqşünas Tahir Kazımov Azərbaycan xalqına, onun müstəqilliyinə, bu müstəqilliyin təminatçısı və dövlət quruculuğunun memarı olan hörmətli Prezidentimiz cənab Heydər Əliyevə qarşı hazırlanan və törədilən terror aktları və dövlət çevrilişlərinə cəhd cinayətlərinin bir sıra məqamları üzrə istintaq qruplarının fəaliyyətinə rəhbərlik etdiyini vurğulayaraq söylədi ki, istintaq zamanı müəyyənləşdirilmişdir ki, bu cinayətlər ayrı-ayrı dövlət xadimlərinə, ziyalılara qarşı törədilsə də, əsas məqsəd Azərbaycanin müstəqilliyini məhv etmək idi. Möhtərəm Prezidentimiz Heydər Əliyevin təbirincə desək, “bunlar adi bir terror hadisəsi deyil, müstəqil Azərbaycan dövlətinə qarşı yönəldilmiş siyasi terrordur”. Lakin Prezident Heydər Əliyevin xalqa arxalanan, xalqın dəstəyinə söykənən müdrik siyasəti ilə həmin cinayətin qarşısı alındı. Bundan sonra Surət Hüseynov öz himayədarlarının yanına qaçdı, Rövşən və Mahir Cavadovlar isə daha bir çirkin yol seçib, ölkəmizin Prezidentinə qarşı terror aktı hazırlamağa göstəriş verdilər.

O, Mahir və Rövşən Cavadov qardaşlarının həmin illərdə törətdiyi cinayətlərin bir hissəsi, baş vermiş ayrı-ayrı terror və cinayət hadisələrinin mahiyyəti, məqsədi barədə istintaqın apardığı araşdırmalar və gəldiyi nəticələr barədə ətraflı məlumat verdi və dedi ki, bu gün Mahir Cavadov qonşu ölkədə gizlənərək, öz cinayətkar fəaliyyətini davam etdirir. Bu işdə o, öz köhnə müttəfiqləri Ayaz Mütəllibovun yaxın adamı olan sabiq Bakı şəhər prokuroru Məmməd Quliyevlə sıx əlaqədə fəaliyyət göstərir. Təəssüf ki, bir sıra müxalifət qəzetləri “bəlkə də qaytardılar” xülyası ilə yaşayaraq, Mahir Cavadovun təbliğinə geniş yer verirlər. Belələri başa düşməlidir ki, Mahir Cavadov kimi terrorçular təkcə dövlət qanunu ilə deyil, həm də ictimaiyyət tərəfindən cəzalandırılmalıdır.

Sonra natiq yaşadığımız dövr haqqında gələcəkdə də çoxlu əsərlər yazılacağını, əsl həqiqəti xalqa çatdırmağın vacibliyini vurğuladı və İsa Nəcəfovun “Gecə yarısı qətl” kitabında bu həqiqətlərin çoxunun əks olunduğunu nəzərə çarpdırdı.

Milli Məclisin deputatı ZAHİD ORUCOV çıxış edərək, 1990-cı ildən başlayaraq Azərbaycanın dövlət və ictimai həyatında siyasi terror və sifarişli qətllər barədə danışdı, bunların təsadüfi olmadığını bildirdi və dedi ki, müstəqillik ərəfəsində Kreml rəhbərliyindən uzaqlaşmış cənab Heydər Əliyev ilə münasibətlərinə görə insanlar müxtəlif təqib və təzyiqlərə, terrora məruz qalırdılar. Məhz belə hadisələrin çox mühüm bir dövrünü özündə əks etdirən “Gecə yarısı qətl” kitabı da siyasi detektiv janrında yazılıbdır. O dövrün əsas mənzərəsini, ictimai-siyasi proseslərin xarakterini bu cür dramatik hadisələr – hakimiyyət uğrunda silahlı mübarizələr, öz rəqibini zorakı vasitələrlə aradan götürmək təşkil edir.

Azərbaycanın o dövrkü həyatında yaranmış pozucu qüvvələrin özbaşınalığının, törətdikləri cinayətlərin, Azərbaycanın həyatına, onun dövlətçilik ənənələrinin formalaşmasına son dərəcə sarsıdıcı təsir göstərən amillərin 1993-cü ildən, cənab Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra tədricən aradan qaldırılmağa başladığını bildirən natiq söylədi ki, o vaxt cəzasızlıq şəraiti ayrı-ayrı qüvvələrin meydana çıxmasına rəvac verirdi. 1992-ci ildə Cavadov qardaşları tərəfindən İsgəndər Həmidovun daxili işlər naziri kimi kabinetində gülləbaran olunması mahiyyət etibarı ilə 1994-cü il oktyabr çevrilişi cəhdi zamanı Baş Prokurorluğun ələ keçirilməsi ilə eyniyyət təşkil edirdi. Sadəcə, 1992-ci ildə buna reaksiya verilməmişdi. Hərbi planda vahid komandanlığın olmaması bu sahədə də ayrı-ayrı silahlı dəstələrin, qüvvələrin ortaya çıxmasına şərait yaradırdı.

1993-cü ildən başlayaraq etnik zəmində cərəyan edən separatizm meylləri, Azərbaycanın informasiya blokadası, Azərbaycanın ictimai-siyasi həyatına zərbə vura biləcək amillər aradan qaldırılmağa başladı. 1994-cü ildə Azərbaycanın həyatında qlobal əhəmiyyət daşıyan hadisələrin baş verməsi pozucu qüvvələri narahat edirdi. Ona görə də azğınlaşmış dağıdıcı qüvvələri dövlət hakimiyyətindən uzaqlaşdırmaq zəruri idi.

O, 1994-cü ilin may ayından başlayaraq Surət Hüseynovun rəhbərlik etdiyi silahlı qüvvələrin və xüsusi təyinatlı polis dəstəsinin ölkə daxilində törətdikləri ardı-arası kəsilməyən təxribatlardan, ayrı-ayrı dövlət xadimlərinə qarşı sui-qəsd planlarından danışaraq, bunlar barədə kitabda ətraflı məlumat verildiyini bildirdi və dedi ki, “Əsrin müqaviləsi” imzalandıqdan sonra bu qüvvələrin iç üzü açılmağa başladı. Ona görə də ölkədə qorxu mühiti formalaşdırmaq, kriminal aləmin hakimiyyətlə əlbir işini təmin etmək və dövlət çevrilişi cəhdləri başladı.

Natiq bu müqavilənin tarixi əhəmiyyətinə də toxunaraq, əvvəlki rəhbərlərin yarıtmaz fəaliyyətindən, dövlət idarəçiliyi sahəsində təcrübəsizliyindən söhbət açdı və bildirdi ki, 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev dövlət çevrilişləri cəhdlərinə necə duruş gətirməyin modelini ortaya qoydu, silahlı qüvvələr qarşısında Heydər Əliyev-xalq birliyi nümayiş etdirildi. Bu mənada Heydər Əliyev həmişə qalibiyyətin və qələbənin rəmzi olubdur.

Prezident Heydər Əliyevin siyasi fəaliyyətinin xalq tərəfindən çox yüksək qiymətləndirildiyini və dəstəkləndiyini, kitabın yeganə qəhrəmanının məhz cənab Heydər Əliyev olduğunu bildirən Milli Məclisin deputatı 1995-ci ildə baş vermiş hadisələri nəzərə çarpdıraraq dedi ki, həmin qüvvələr yarımçıq qalmış ssenarilərini başa çatdırmaq üçün ayrı-ayrı xarici dairələrin əli ilə hərəkətə gəldilər. Mənəvi-siyasi terrorla məşğul olan qüvvələr strateji araşdırmalar mərkəzi yaratmışdılar və bunun əsasını Fərman Dəmirqol, Kənan Gürel və digər şəxslər təşkil edirdilər. Bu hadisə sübut etdi ki, həmin qüvvələr demokratiya pərdəsi arxasında bütün mahiyyəti etibarı ilə dağıdıcı, qeyri-qanuni fəaliyyətə daha çox önəm verirlər. Bu da onların növbəti fəaliyyətlərində göründü.

“Gecə yarısı qətl” kitabında bu barədə oxuculara daha geniş məlumat verilir. Mən bu dəyərli sənədli əsər münasibətilə müəllifi təbrik edirəm. Bu kitabın ərsəyə gəlməsi yalnız sabit Azərbaycanın formalaşdırılması sayəsində mümkün oldu ki, onun da müəllifi, memarı cənab Heydər Əliyevdir.

“Xalq qəzeti”nin baş redaktoru HƏSƏN HƏSƏNOV mərasimdə çıxış edərək dedi:

-Hörmətli xanımlar və cənablar!

Biz hamımız İsa Nəcəfovu uzun müddət respublikanın hüquq-mühafizə orqanlarında rəhbər vəzifədə çalışmış istedadlı hüquqşünas, xalqını və Vətənini sevən əqidəli bir insan kimi tanıyırıq. İsa Nəcəfovun son illərdə qələmə aldığı “Gecə yarısı qətl” və “Naşirin ölümü” kitabları onun həm də istedadlı yazıçı, publisist olduğunu göstərdi. Siyasi detektiv janrında qələmə alınmış bu əsərlər Azərbaycan tarixinin ən mürəkkəb dövründə baş vermiş hadisələri və bu hadisələrin səhnə arxasında qalan, görünməyən tərəflərini əks etdirir.

XX əsr dünyada köklü dəyişikliklərə səbəb olmuş siyasi proseslərlə zəngindir. Keçmiş ittifaqda gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan ötən əsrin 90-cı illərində müstəqillik qazandı. Müstəqillik xalqımızın milli sərvəti, milli nailiyyəti oldu. Gənc Azərbaycan dövlətinin öz müstəqilliyini möhkəmləndirmək, dövlətçiliyini inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək cəhdləri daxili və xarici düşmənlərimizin ciddi müqavimətinə, müdaxiləsinə səbəb oldu. Bir yandan erməni təcavüzkarları və onlara havadarlıq edən imperiya ambisiyalı qüvvələr, bir tərəfdən də daxildə ölkənin sərvətlərini çapıb talamağa çalışan daxili irtica Azərbaycanın qəsdinə durmuşdu. Ölkə hərbi, siyasi, iqtisadi və mənəvi böhranın cəngində boğulurdu.

1993-cü ilin iyununda vətəndaş müharibəsi alovlandı. Ölkənin parçalanma təhlükəsi reallaşdı. Bu ağır məqamda xalq qətiyyətlə ayağa qalxıb öz böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etməyə başladı. Cənab Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın milli xilası, milli qurtuluşu ilə nəticələndi. Qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı, ölkənin parçalanma təhlükəsi aradan qaldırıldı, separatizm meyllərinə ciddi zərbələr vuruldu.

Cəbhədə həyata keçirilən bir sıra uğurlu əməliyyatlardan sonra 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalandı. Daha sonra ölkənin iqtisadiyyatının dirçəldilməsi, dövlətçiliyimizin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1994-cü ilin sentyabrında Xəzərin enerji ehtiyatlarının işlənilməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Dünyanın aparıcı dövlətlərini təmsil edən böyük şirkətlər Azərbaycana cəlb olundu.

Bütün bu proseslərin ardıcıl və dönməz xarakter aldığını görən daxili və xarici düşmənlər hərəkətə gəldilər. Düşmən yaxşı bilirdi ki, Azərbaycanın gücü, qüdrəti onun böyük oğlu, ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevdədir. Məhz buna görə də möhtərəm Prezidentimizə qarşı məkrli sui-qəsd planları, siyasi terror aktları, dövlət çevrilişi cəhdləri bir-birini əvəz etməyə başladı. Azərbaycanın son dövr tarixinin ən ağrılı bir mərhələsi başlandı.

Düşmənlər Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovu, Ali Sovetin sədr müavini Afiyəddin Cəlilovu terror yolu ilə aradan götürdülər. Bütün bu hadisələr gözümüz qarşısında olubdır. Biz bu hadisələrin şahidləriyik. Bu hadisələrin görünməyən, səhnə arxasında qalan tərəfləri isə İsa Nəcəfovun kitablarında öz əksini tapmışdır. Ona görə hesab edirəm ki, “Gecə yarısı qətl” və “Naşirin ölümü” kitabları Azərbaycan tarixinin ötən əsrin 90-cı illərinin siyasi xronikasıdır. Bu siyasi xronika həm bu günümüz üçün, həm də gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, 1990-cı illərdə baş verən hadisələrin əsas günahkarları Ayaz Mütəllibov iqtidarı və onun əlaltıları, AXC-Müsavat iqtidarının tör-töküntüləri, dövlət çevrilişi cəhdlərinin iştirakçıları, təşkilatçıları, onlarla açıq və gizli surətdə əməkdaşlıq edən siyasi partiyalar, onların rəhbərləri bu gün 1990-cı illərdə baş vermiş hadisələrin mahiyyətini təhrif etməyə, saxtalaşdırmağa çalışır, öz günahlarının üstünə qalın pərdə çəkməyə səy göstərirlər. Ona görə də hesab edirəm ki, İsa Nəcəfovun kitabları Vətənini və xalqını sevən hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır. Çünki bu kitablar tarixi gerçəkliyi, əsl həqiqəti əks etdirir.

Təəssüf hissi ilə qeyd edirəm ki, ötən əsrin sonunda baş vermiş faciələrin günahkarlarının bir qismi bu gün də öz layiqli cəzasını almayıb. Bunun səbəbləri İsa Nəcəfovun kitablarında ürək ağrısı ilə açıqlanır. Belə ki, respublikanın hüquq-mühafizə orqanlarındakı bəzi natəmiz adamlar istintaqın sona çatmasına, ədalət mühakiməsinin həyata keçirilməsinə hər vəchlə mane olublar.

Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən islahatlar xətti, xüsusilə hüquqi islahatlar, respublikanın hüquq-mühafizə orqanları sırasında aparılan kadr təmizlənməsi, hüquq-mühafizə orqanlarında sağlam mühit yaradılması bizi ürəkdən sevindirir, Azərbaycanın bu gününə, sabahına olan inamımızı daha da gücləndirir.

Mən İsa Nəcəfovu təbrik edirəm, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.

Mərasimdə çıxış edən hüquqşünas ƏLİƏFSƏR ƏLİYEV 1991-1993-cü illərdə respublikamızda baş vermiş xaos, pərakəndəlik, daxili çəkişmə, xarici təcavüz, erməni işğalçıları tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, həmin dövrdə ölkə daxilində hakimiyyəti ələ keçirmək üçün terror və təxribat aktları barədə danışdı. Natiq dedi ki, məhz belə şəraitdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanmasında, vətəndaş qırğınının, ölkəmizin parçalanmasının qarşısının alınmasında, daxili sabitliyin bərpa olunmasında əvəzolunmaz xidmətləri olmuşdur.

İki tanınmış dövlət xadiminin eyni gündə qətlə yetirilməsinin adi cinayətlərdən olmadığını, bunun Xüsusi Təyinatlı Polis Dəstəsinin respublika prokurorluğuna basqınının və 1994-cü ilin oktyabrın 4-də dövlət əleyhinə qiyamın başlanğıcı kimi qiymətləndirən Əliəfsər Əliyev dedi ki, hər iki qətl hadisəsinin açılmasında “Gecə yarısı qətl” kitabının müəllifi İsa Nəcəfovun xüsusi xidməti olmuş, hər iki işə prokuror nəzarətini o həyata keçirmişdir və polkovnik Şəmsi Rəhimovun qətlinin istintaqı onun tərəfindən mənə tapşırılmışdı.

Natiq istintaqla əlaqədar ətraflı məlumat verdi, bu cinayət hadisəsinin iştirakçıları barədə danışaraq dedi: İstintaq apararkən məlum oldu ki, Şəmsi Rəhimovun qatilləri ağ rəngli “Jiquli 2107” markalı maşında olmuşlar. Onlar Xüsusi İdarənin yanında ağ rəngli “Niva” markalı maşında da görünmüş, təxminən iki saat müddətində orada dayanmışlar. Müəyyən etdik ki, Elçin Əliyevin qardaşı Yalçın Əliyev və Fazil Muxtarov həbsdən buraxıldıqdan sonra Mahir Cavadova müraciət edərək, qardaşı buraxılmazsa, Şəmsi Rəhimovun ölümü ilə bağlı hər şeyi acıb deyəcəyini bildirmişdir. Fazil Hüseynov, Fazil Muxtarov, Elçin Əliyev Mahir Cavadovla əlaqəli olmuşlar. Axırıncı iki nəfər onun cangüdəni vəzifəsini yerinə yetirmişlər. Fazil Muxtarova məxsus ağ rəngli ”Niva” markalı maşın Mahir Cavadovun göstərişi ilə avtogenlə doğranıb Hövsan qəsəbəsi ilə dəniz arasındakı gölə atılmışdır.

Natiq bu cinayət hadisəsi ilə bağlı bir çox məqamlara toxunaraq, bu işdə əli olan cinayətkarlar barədə məlumat verdi, bir neçə cinayət işinin istintaqını tamamlayan müstəntiq kimi tam məsuliyyəti ilə bəyan etdi ki, həmin qətl hadisəsi ilə bağlı cinayət işi cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun aparılmış, iş üzrə bir sıra ekspertizalar təyin edilmiş, maddi sübutlar aşkar edilib götürülməklə obyektiv aparılmışdır.

Natiq müəllifə müraciətlə dedi: İsa müəllim, həqiqətin aşkar edilməsi üçün çox əziyyət çəkdiniz, çoxlu düşmən qazandınız. Lakin öz vəzifə borcunuzu layiqincə yerinə yetirdiniz. Hesab edirəm ki, müəllifi olduğunuz bu kitab gələcək nəsillərin müstəqil dövlətimizin tarixini olduğu kimi başa düşmələrinə imkan verəcəkdir.

Milli Məclisin deputatı ABUTALIB SƏMƏDOV çıxış edərək, “Gecə yarısı qətl” kitabının bəhs etdiyi 1994-1995-ci illərdə Azərbaycan Prezidentinin atəşkəsə nail olmasından, erməni qoşun hissələrinin və havadarlarının Azərbaycanın yeni ərazilərini işğal etməsinin qarşısını almaq istiqamətində fəaliyyətindən danışdı, bu işlərin nə qədər ağır zəhmət hesabına başa gəldiyini vurğuladı, bu gün “kifayət qədər fəallıq” göstərən, 500 nəfər toplamağa “qadir olan” müxalifətin o dövrdəki mövqelərindən söz açdı.

O dedi ki, 1994-cü ilin ikinci yarısında, “Əsrin müqaviləsi”nin imzalanması dövründə Azərbaycanın ağır vəziyyətindən istifadə etmək istəyən xarici şirkətlər müqavilənin şərtlərini ağırlaşdırmaq istəyirdilər. Qərb ölkələrinin dövlət başçıları səbirsizlik nümayiş etdirərək, Azərbaycan Prezidentinə təzyiqlər göstərirdilər ki, müqavilə tez imzalansın. 1993-cü ilin iyununda bizim üçün olduqca əlverişsiz bəyannamənin qarşısını alan cənab Heydər Əliyev bu təzyiqin də qarşısını aldı, 1994-cü ildə bu müqaviləni imzaladı. Qərb şirkətləri başa düşdülər ki, Heydər Əliyevə təzyiq göstərməyin heç bir əhəmiyyəti yoxdur.

Natiq bir neçə dövləti cinayət etmiş insanın Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılması, iki dövlət xadiminin qətlə yetirilməsi, respublika prokurorluğuna basqın barədə kitabda təsvir olunmuş məqamlar barədə fikrini açıqlayaraq yada saldı ki, o vaxt Prezident Heydər Əliyevə Azərbaycan dövlətçiliyinə qarşı çıxan insanlara güc tətbiq olunması barədə çoxlu təkliflər olurdu. Ancaq Prezident xalqa müraciət yolunu seçdi. Azərbaycanın tarixində çoxlu ağır məqamlar olubdur və Azərbaycana rəhbərlik edən heç bir prezident xalqa müraciət etməyə cəsarət tapmayıbdır. Onlar başa düşürdülər ki, xalqı inandıra bilməzlər. Əgər dövlət başçısı xalqa bağlı deyilsə, xalqının yolunda özünü şəhid etməyə hazır deyilsə, o, heç vaxt xalqın qabağına çıxıb, xalqa müraciət edib, onu ayağa qaldırmağa cəsarət edə bilməz. Bu böyüklüyü, bu müdrikliyi ancaq Heydər Əliyev edə bilərdi. Həmin müraciətdən sonra biz bir daha Azərbaycan dövlətinin başçısının gücünü, dəyanətini gördük.

Kitabın müəllifi İSA NƏCƏFOV təqdimat mərasimində iştirak edənlərə təşəkkürünü bildirdi, “Gecə yarısı qətl” kitabında əksini tapan bəzi mühüm hadisələr barədə məlumat verərək, 1994-1995-ci illərdə törədilmiş cinayət hadisələri, dövlət çevirilişinə cəhdlər, Cavadov qardaşlarının respublika prokurorluğuna basqını və digər qanunsuz hərəkətləri, Türkiyə vətəndaşları Fərman Dəmirqol və Kənan Gürelin dövlət çevirilişi cəhdlərində iştirakı barədə təfsilatı ilə danışdı, hadisələrin baş verməsi səbəblərini izah etdi.

O, Azərbaycan dövlətinə xəyanət etmiş insanların - Ayaz Mütəllibovun, Surət Hüseynovun, Rəhim Qazıyevin, Əlikram Hümbətovun və başqalarının bu gün bəzi müxalifət qüvvələri tərəfindən qəhrəman səviyyəsinə qaldırmağa cəhdlər göstərilməsindən təəssüflə söhbət açdı.

Natiq kitabda olduğu kimi verilmiş bəzi tarixi sənədlər, müsahibələr və maraqlı yazıların məziyyətləri haqqında da danışdı. Prezident Heydər Əliyevin daxili və xarici pozucu qüvvələrin törətdiyi təxribat və terror aktlarının qarşısının alınması sahəsindəki fəaliyyətini yüksək qiymətləndirən natiq dedi ki, millətə, dövlətə xəyanət etmiş insanlara qarşı nifrət hissimizi möhkəm etsək, gələcəkdə nə Azərbaycan dövlətinin müstəqilliyinə, nə də xalqımızın əmin-amanlığına təhlükə olmayacaqdır.

Müəllif sonda mərasim iştirakçılarına bir daha minnətdarlıq edərək, Azərbaycanın yaxın keçmişinə dair və çoxlarının bilmədiyi hadisələr barədə kitablar yazacağına söz verdi.

X X X

Mərasimdə Prezidentin İcra Aparatının şöbə müdirləri Fatma Abdullazadə, Əli Həsənov, Yusif Hümbətov, Fuad Ələsgərov, Şahin Əliyev, parlamentin deputatları, elm, təhsil, mədəniyyət işçiləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb