Gədəbəydə məktəblilər üçün riyaziyyat olimpiadasına start verilir
Gədəbəy, 17 aprel, AZƏRTAC
Gədəbəydə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı Mikayıl Xıdırzadənin xatirəsinə həsr olunmuş orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında riyaziyyat üzrə I fənn olimpiadası keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, "Regional İnkişaf" İctimai Birliyi və Gədəbəy Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq olimpiadanın məktəbdaxili və rayon mərhələlərinin təşkili nəzərdə tutulur. Aprelin 18-də keçiriləcək ilk mərhələdə 52 məktəbdən 150 şagird iştirak edəcək. Birinci yerin qalibləri rayon mərhələsində iştirak hüququ qazanacaq. Aprelin 25-də Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq final mərhələsində isə iştirakçılara test tapşırıqları təqdim olunacaq və nəticələrə əsasən qaliblər müəyyən ediləcək.
Bilik yarışının məqsədi riyaziyyat fənni üzrə xüsusi istedadı ilə seçilən şagirdlərin aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi, məktəblilərə Mikayıl Xıdırzadə irsini aşılamaqdan ibarətdir. Olimpiadada I, II və III yerləri tutan şagirdlər və müəllimləri diplom və hədiyyələrlə təltif olunacaqlar.
Müxbir – Vüsalə Cənnətova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]
Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [11:44]