Gəmiçilikdə koronavirusla bağlı profilaktik tədbirlər davam etdirilir
Bakı, 7 may, AZƏRTAC
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “PSK-48”, “Orion-18”, “Bakinskaya-6”, “Süleyman Vəzirov”, “Zülfi Hacıyev”, “Vixr-9”, “Narva”, “Abşeron-16”, “Cənub-19”, “BMK-7671”, “BMK-7220”, “BMK-1058”, “BMK-4211”, “Rauf Mirzəyev”, “Geofizik-3”, “Geofizik-1”, “Neftqaz-58”, “SLV-411”, “Mühəndis Balarza Məmmədov”, “Turan”, “General Əsədov”, “Ağdərə-7”, “PS-158”, “PS-153”, “MPK-455”, “Balakən”, “Bunkerovşik-4”, “Alı Mustafayev”, “Zəfər” gəmilərində, eləcə də 674 saylı üzən emalatxanada aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.