Gəmilər mütəmadi dezinfeksiya edilir
Bakı, 14 sentyabr, AZƏRTAC
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Ağdam”, “Dağıstan”, “Bərdə”, “Akademik Həsən Əliyev”, “Abşeron-15”, “Ağdərə-7”, “Bəstəkar Qara Qarayev”, “Merkuri 1”, “Professor Gül”, “Ullucay” gəmilərində, həmçinin “Bibiheybət” Gəmi Təmiri Zavodunun, Xəzər Dəniz Neft Donanmasının və Dəniz Nəqliyyat Donanmasının yeməkxanasında aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.