GƏNC AŞIQLARIN MÜSABİQƏSİ
Gənc aşıqların Şəmkirdə keçirilmiş ümumrespublika müsabiqəsində ölkəmizin bir çox bölgələrindən 90-a yaxın istedad iştirak etmişdir. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqə aşıqların musiqi-ifaçılıq sənəti ənənələrini, mədəni irsimizi qoruyub saxlamaq, habelə gənc istedadları üzə çıxarmaq məqsədi ilə keçirilmişdir.
Tanınmış aşıqlardan Valeh Quliyev, İsfəndiyar Rüstəmov və Gülarə Azaflının daxil olduqları nüfuzlu münsiflər heyətinin qərarı ilə birinci mükafat Familə İsgəndərovaya və Şöhrət Kərimova verilmişdir. Onlara pul mükafatları, diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur. Müsabiqənin digər iştirakçıları da mükafatlandırılmışlar.
Gələn il martın ortalarında isə Bakıda müsabiqə laureatlarının konsertini təşkil etmək nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]