GƏNCƏ BEYNƏLXALQ HAVA LİMANI İLK DƏFƏ OLARAQ AĞIR YÜK TƏYYARƏSİ QƏBUL ETMİŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 6-da yenidən qurulmuş Gəncə beynəlxalq hava limanı ilk dəfə olaraq ağır yük təyyarəsi qəbul etmişdir.Luksemburqun “Cargolux” şirkətinə məxsus olan və Honkonq-Budapeşt reysi ilə hərəkət edən “Boinq-747” tipli təyyarənin ağırlığı 400 tondur.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktorunun müavini Etibar Hüseynov bildirmişdir ki, eniş uğurlu keçmişdir. Hava limanının 3300 metr olan uçuş-enmə zolağı, dünya standartlarına cavab verən müasir texniki vasitələr bu cür təyyarələrin qəbul edilməsinə imkan verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən qurulmuş hava limanının bu tip təyyarələrin qəbul etməsinin əhəmiyyətini vurğulayaraq, şəhərin hava nəqliyyatının tarixində yeni mərhələnin başlandığını demişdir.Təyyarənin göyərtəsində olan “Cargolux” şirkətinin Azərbaycandakı nümayəndəsi Bülənt İlhan sınaq enməsi zamanı heç bir problemin olmadığını və hava limanındakı elektron naviqasiya vasitələrinin təyyarədəki avadanlıqlarla tam uyğun rejimdə işlədiyini diqqətə çatdırmışdır.
Gəncə Beynəlxalq hava limanında yanacaq götürən “Boinq-747” təyyarəsi yenidən səmaya qalxaraq marşrutu üzrə uçuşu davam etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2026 [21:03]
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb -YENİLƏNİB
- 22.08.2026 [14:11]
“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb
- 22.08.2026 [13:07]
Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO
- 22.08.2026 [11:28]
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO
- 21.08.2026 [18:46]
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır
- 22.08.2026 [23:53]
Premyer Liqa: "Zirə" doğma meydanda qələbəyə sevinib
- 22.08.2026 [22:57]
Sabirabadda “Mercedes” və motosiklet toqquşub, ölən var
- 22.08.2026 [22:17]
İsmayıllıda göldə boğulan bacı-qardaşdan birinin meyiti tapılıb
- 22.08.2026 [22:04]
Ebola peyvəndinin ilk partiyası Konqo Demokratik Respublikasına çatdırılıb
- 22.08.2026 [21:14]
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb -YENİLƏNİB
- 22.08.2026 [21:03]
Böyük Britaniyada dəhşətli qəza: Polis təqibi zamanı 7 nəfər həlak olub
- 22.08.2026 [20:50]
Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub
- 22.08.2026 [20:38]
Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında
- 22.08.2026 [20:24]
“Starlink”in orbitdəki cihazlarının sayı 11 minə çatıb
- 22.08.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 22.08.2026 [20:00]
Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək
- 22.08.2026 [19:55]
Boks üzrə ikiqat dünya çempionu Cənubi Afrikada öldürülüb
- 22.08.2026 [19:33]
Azərbaycan kanoeçisi Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək
- 22.08.2026 [18:13]