Çempionlar Liqası: “Sabah” – “Hapoel” oyunu rumıniyalı hakimlərə tapşırılıb
Bakı, 23 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında keçiriləcək cavab görüşünün hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi İştvan Kovaç olacaq. Ona yan xətt hakimləri Mihay Marika və Ferens Tunyoqi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şabolç Kovaç yerinə yetirəcək.
VAR hakimi almaniyalı Bastian Dankert, köməkçisi isə rumıniyalı Ketelin Popa olacaq.
Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşması saat 20:45-də başlayacaq. Komandalar arasında ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]