Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qarşı
Bakı, 23 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının C qrupunda növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma İspaniya ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında təşkil olunacaq oyun saat 18:15-də başlayacaq. Qrupun digər matçında isə Portuqaliya və Belçika milli komandaları saat 15:30-da üz-üzə gələcəklər.
Azərbaycan millisi turnirdəki ilk oyununda Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəlib. İspaniya komandası isə ilk matçda Belçikaya məğlub olub - 2:3.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatına Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyada ev sahibliyi edir. Bakıda C qrupunun oyunları keçirilir. Bu qrupda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparırlar. C qrupunun matçlarına avqustun 28-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]