Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Perinatal Mərkəz yeni avadanlıqlarla təmin olunub
Bakı, 23 fevral, AZƏRTAC
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Perinatal Mərkəz yeni avadanlıqlarla təmin olunub.
AZƏRTAC Gəncə Şəhər Birləşmiş Xəstəxanasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tibb müəssisəsinə 16 ədəd İnfuziya aparatı (Benefusion VP1), 16 ədəd Perfuziya Aparatı (Benefusion SP1), 1 ədəd Patient Monitor, qızıl standartlara cavab verən, çoxfunksiyalı 6 ədəd küvəz və 2 ədəd reanimasion stol verilib.
Qeyd edilib ki, bu avadanlıqların hər biri ən müasir standartlara cavab verir. Bütün bunlar xəstəxanada vaxtından əvvəl doğulan ağır vəziyyətdə olan uşaqlara intensiv