Gəncədə “Arzulara qanad verək!” şüarı ilə qanvermə aksiyası keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
Xüsusi qayğıya ehtiyacı olan uşaqların ictimai həyatın bütün sahələrində iştirakını təmin etmək, eləcə də onlar üçün bərabər imkanlar yaratmaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Dövlət Komitəsinin mütəmadi olaraq bu mövzuda keçirdiyi tədbirlərin davamı kimi Gəncə şəhərində Mərkəzi Qan Bankı və “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində növbəti qanvermə aksiyası keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Arzulara qanad verək!” şüarı ilə keçirilən aksiyada 250 nəfər iştirak edib. Aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılmasına dəstək göstərməkdir.