REGİONLAR
GƏNCƏDƏ BAYTARLIQ İDARƏSİ ÜÇÜN YENİ İNZİBATİ BİNA TİKİLƏCƏKDİR
Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi Hüseyn Abbasov AZƏRTAC-a bildirmişdir ki, bu il idarə üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikiləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyinin vəsaiti ilə binanın inşasına martda başlanacaqdır. İdarə rəisi demişdir ki, binada şəhərin müxtəlif yerlərində olan laboratoriyalarda fəaliyyət göstərən baytar həkimləri üçün də otaqlar ayrılacaqdır. Bu tədbir pərakəndəliyin qarşısını alacaqdır. Bundan əlavə, əhaliyə satılan heyvandarlıq məhsullarının keyfiyyətini yoxlamaq üçün müasir standartlara cavab verən laboratoriyanın yaradılması da nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]