GƏNCƏDƏ İDMAN FESTİVALI KEÇİRİLMİŞDİR
Gəncə Olimpiya-İdman Kompleksində şəhər gənclər və idman baş idarəsinin və “Gələcəyə körpü” İctimai Birliyinin təşəbbüsü ilə “Bərabərlik naminə” adlı idman festivalı keçirilmişdir.
Şəhərin ali və orta ixtisas məktəbləri komandalarının üzvləri idmanın futbol, basketbol və voleybol növləri üzrə yarışlarda öz güclərini nümayış etdirmişlər.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mövsüm Hüseynov AZƏRTAC-a demişdir ki, ölkə Prezidentinin dövlət gənclər siyasəti ilə bağlı məlum Sərəncamının icrası ilə əlaqədar keçirilən bu festivalın məqsədi gəncləri idmana cəlb etmək və onları sağlam ruhda tərbiyə etməkdən ibarətdir.
Üç gün davam edən festivalda qalib komandalara şəhər gənclər və idman baş idarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]