Gəncədə intellektual oyunlar üzrə onlayn turnir keçirilib
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Gəncədə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə onlayn turnir təşkil olunub. Turnir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evinin və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə keçirilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “Zoom” proqramı vasitəsilə keçirilən onlayn turnirdə şəhər gəncləri böyük maraqla iştirak ediblər.