Gəncədə “Kitabxana işinin müasir istiqamətləri” adlı seminar keçirilib
Gəncə, 14 aprel, Elcan Məmmədov, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Gəncə-Daşkəsən Regional İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Kitabxana işinin müasir istiqamətləri” adlı seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarın əsas məqsədi cəmiyyətə informasiya ötürülməsi, eləcə də müasir texnologiyaların kitabxana sahəsinə tətbiqi şəraitində qabaqcıl təcrübənin öyrənilməsi və fikir mübadiləsinin aparılmasıdır.
Seminarda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan kitabxanalarda çalışan ixtisaslı mütəxəssislər tərəfindən kitabxana işinin müasir dövrün tələblərinə uyğun qurulması ilə bağlı məruzələr dinlənilib.