Gəncədə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalar təmir olunur
Gəncə, 12 may (AZƏRTAC). Gəncədəki 15 min 602 nəfər məcburi köçkünün 70 faizdən çoxu yataqxanalarda məskunlaşmışdır. Keçən il olduğu kimi, cari ildə də bu yataqxanalardan 10-da təmir işlərinin aparılması planlaşdırılmışdır.
Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsi Gəncə bölməsinin sədri Süleyman Abbasov məlumat verərək demişdir ki, hazırda üç yataqxanada, Gəncə Dövlət Universitetinin, texniki və humanitar kolleclərin yataqxanalarında təmir işləri davam etdirilir.
Yataqxanalarda təmir işləri ilə yanaşı, binaların infrastrukturu, o cümlədən su, kanalizasiya xətləri, dam örtükləri də dəyişdirilir, ümumi istifadə yerləri olan hamam və mətbəxtlər yeniləşdirilir.
Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən maliyyələşdirilən təmir işlərinin yüksək səviyyədə aparılmasına ciddi nəzarət edilir.
Yaxın günlərdə Gəncə Tibb Kollecinin yataqxanasının da təmirinə başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]