GƏNCƏDƏ ŞƏHİDİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SƏRBƏST GÜLƏŞ ÜZRƏ RESPUBLİKA TURNİRİ KEÇİRİLMİŞDİR
Gəncə Olimpiya-İdman Kompleksində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Mehman Ələkbərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə VIII respublika turniri keçirilmişdir.
1992-1994-cü il təvəllüdlü 200-dək yeniyetmənin iştirak etdiyi turnirə respublikamızın müxtəlif idman klublarının pəhləvanları ilə yanaşı, Gürcüstan idmançıları da qatılmışlar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 42 kiloqram çəki dərəcəsində Qurbanəli Sayadov (”Zenit”), 46 kiloqram çəki dərəcəsində Qalib Allahverdiyev (təhsil idman mərkəzi), 50 kiloqram çəki dərəcəsində Meydan Qasımov (Qazax), 54 kiloqram çəki dərəcəsində Ruhlan Məmmədov (təhsil idman mərkəzi), Nika Tupsonaridze (Gürcüstan), 62 kiloqram çəki dərəcəsində Fətəli Quliyev (Abşeron), 76 kiloqram çəki dərəcəsində Georgia Raveledi (Gürcüstan), 85 kiloqram çəki dərəcəsində isə Sandra Miraşvili və Revani Gorxetsiani (Gürcüstan) mükafata layiq yerlər tutmuşlar.
Qaliblərə turnirin mükafatları təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]