Gəncədə “Sosial media və təhsil” mövzusunda görüşlər davam etdirilir



Gəncə, 12 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil məktəblərinin rəhbərləri və sosial mediaya məsul əməkdaşların iştirakı ilə “Sosial media və təhsil” mövzusunda görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə məktəbəqədər və ümumi təhsil müəssisələrinin sosial media hesablarının monitorinqinin təqdimatı həyata keçirilib. Kütləvi informasiya vasitələrində dərc edilən məlumatlar, icmanın müəssisələrinin sosial media hesablarına cəlb edilməsi məsələləri haqqında ətraflı məlumat verilib.