GƏNCƏDƏ TOP FESTİVALI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 12-də Gəncədəki Heydər Əliyev adına mərkəzi meydanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Gəncə Şəhər İcra Hakimiyyəti birgə “Top festivalı” keçirmişlər.
“Hyundai Auto Azerbaijan” şirkətinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov son illər Azərbaycanda idmanın kütləviliyinin artırılmasına göstərilən dövlət qayğısından danışmış, eləcə də bu festivalın respublika Prezidenti İlham Əliyevin 2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncama uyğun olaraq həyata keçirildiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, bu festival keçən ilin dekabr ayında Bakıda keçirildikdən sonra onun uğurlu nəticələri nəzərə alınaraq regionlarda keçirilməsi qərara alınmışdır.
AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov festival iştirakçılarını salamlayaraq onlara uğurlar arzuladıqdan sonra yarışlara start verilmişdir. 250 nəfərədək yeniyetmə 10 nəfərlik qruplara bölünərək top çiləməklə bacarıqlarını nümayiş etdirmişlər.
3 turda keçirilən festivalın yekun turuna düşən uşaqlar daha gərgin mübarizə aparmışlar.
1, 2 və 3-cü yerləri tutan qaliblərə münsiflər heyətinin qərarı ilə AFFA-nın qiymətli hədiyyələri verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]