GƏNCƏNİN ÇOXMƏRTƏBƏLİ BİNALARINA MÜASİR GÖRKƏM VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, son illər Gəncə şəhəri gözəlləşməklə yanaşı, həm də xeyli genişlənmişdir. Yeni istirahət guşələri, park və xiyabanlar respublikamızın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncənin simasını tanınmaz dərəcədə dəyişmişdir. Lakin 20-30 il əvvəl şəhərdə tikilmiş çoxmərtəbəli binaların xarici görkəmi bu gözəlliyə, qismən də olsa, xələl gətirir. Bu problemi aradan qaldırmaq məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyəti müvafiq tədbirlər planı hazırlamışdır. Həmin plana əsasən, çoxmərtəbəli binaların müasirləşdirilməsi, yeni tikililərlə həmahəng olması və vəhdət təşkil etməsi üçün təcrübəli mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Hazırda şəhərdə olan köhnə çoxmərtəbəli binalara müasir dizayn vermək üçün mütəxəssislərin rəyləri nəzərdən keçirilir. Qərara alınmışdır ki, ilin axrınadək təkliflər ümumiləşdirilsin və yeni ildən işə başlanılsın.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]