Gəncənin sahibkar qadınları Avstriyaya gedəcəklər
Gəncə, 16 may (AZƏRTAC). Respublikamızın Qərb bölgəsində fəaliyyət göstərən bir qrup sahibkar qadın mayın 18-də Avstriyaya işgüzar səfərə gedəcəklər.
Bu barədə Gəncə Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva məlumat verərək demişdir ki, hazırda qurumun 4 min üzvü var və onlar 12 rayonda yaradılan mərkəzlərdə birgə iş fəaliyyəti qurmuşlar. Avstriyaya səfərin əsas məqsədi bu ölkədə fəaliyyət göstərən sahibkar qadınların işi ilə yaxından tanış olmaq və onlarla biznes əlaqələri qurmaqdır.
Sonuncu dəfə Səudiyyə Ərəbistanında və Yunanıstanda olan birliyin sədri onu da əlavə etmişdir ki, bu səfərlər yaxın zamanlarda öz bəhrəsini verəcəkdir. Belə ki, yunanıstanlı sahibkar qadınlarla keçirilən görüşdə Gəncədə gənc sahibkar qadınların biznesə hazırlanması üçün mərkəzin yaradılması barədə razılıq əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]