GƏNCLƏR HƏRBİ XİDMƏTƏ HƏVƏSLƏ GEDİRLƏR
Tovuz Rayon Hərbi Komissarlığından AZƏRTAC-a bildirmişlər ki, rayonun çağırışçı gəncləri ordu sıralarına həvəslə gedirlər.
Gənclərin növbəti dəstəsinin yolasalma mərasimində rayon hərbi komissarı, polkovnik-leytenant Ağaverdi Fəttahov, valideynlər, müharibə və əmək veteranları çağırışçı gənclərin ordumuzda şərəflə xidmət edəcəklərinə əmin olduqlarını söyləmiş, onlara uğurlu yol diləmişlər.
Gənclər torpaqlarımızı göz bəbəyi kimi qoruyacaqlarına söz vermiş, müvəqqəti işğal altında olan ərazilərimizi azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə daim hazır olacaqlarını bildirmişlər.
Mərasimin sonunda çağırışçı gənclər gül-çiçək dəstələri ilə, musiqi sədaları altında ordu sıralarına yola düşmüşlər.