Azərbaycan Dövlət İnformasiya Agentliyi

GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRİ, MOK-UN BİRİNCİ VİTSE-PREZİDENTİ ƏBÜLFƏZ QARAYEVİN ÇIXIŞI

- Möhtərəm Prezident!

Əziz idmançılar, hörmətli qonaqlar!

Müstəqil Azərbaycanın tarixində artıq üçüncü dəfədir ki, bu gün toplaşdığımız “Gənclik” Beynəlxalq turizm mərkəzində Azərbaycan idmançılarının yolasalma mərasimi keçirilir. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan idmanının bütün nailiyyət və uğurlarının səbəbkarı olduğu kimi, bu gözəl ənənənin də təşəbbüskarı və yaradıcısı olmuşdur. Məhz Heydər Əliyevin xeyir-duası ilə idmançılarımız 1996-cı ildə Atlantaya, 2000-ci ildə isə Sidney Olimpiya oyunlarına yola düşmüş, onun dəyərli tövsiyələri idmançılarımızda ruh yüksəkliyi və nikbin əhval-ruhiyyə yaratmışdır.

Bu gün də sanki ümummilli liderimizin ruhu bizimlə bərabərdir. Çünki onun adı hər bir vicdanlı Azərbaycan vətəndaşı kimi, hər bir idmançının da qəlbinə əbədi həkk olmuşdur. XXVIII Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan milli yığma komandasının üzvləri və ölkəmizin idman ictimaiyyətinin nümayəndələri bu mərasimdən əvvəl Fəxri xiyabanı ziyarət etmiş, ulu öndərimizin məzarı üzərinə əklillər, gül-çiçək dəstələri qoymuşlar.

İcazə verin, Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah rəhmət eləsin!

Hörmətli mərasim iştirakçıları!

Bütün dünya xalqları planetimizin ən möhtəşəm yarışlarının – XXI əsrin Olimpiya oyunlarının astanasında dayanmışdır. Səbirsizliklə gözlədiyimiz XXVIII Yay Olimpiya oyunları günbəgün yaxınlaşmaqdadır. Olimpiya oyunları ümumbəşəri dəyərlərə bağlılıq, milli maraqların qorunması, milli özünütəsdiq, sülh deməkdir. Olimpiya Oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ olunması baxımından əvəzsiz rol oynayır. Olimpiya oyunlarında iştirak etmək və nailiyyət qazanmaq hər bir dövlətin beynəlxalq nüfuzunun yüksəlməsinə təsir göstərən amillərdən biri hesab olunur.

Ölkəmizin Olimpiya yığma komandası bu yarışlarda 38 idmançı ilə təmsil ediləcəkdir. Onlar bu hüquqa gərgin iş, inadlı zəhmət sayəsində nail olmuşlar. Qarşıda isə olimpiyaçılarımızın ən önəmli vəzifəsi oyunlarda yeni uğurlar qazanmaq, Azərbaycanın idman şərəfini ləyaqətlə qorumaqdır. Bu məqsədi reallaşdırmaq üçün dövlətimiz, ölkəmizin bütün idman təşkilatları dörd il öncə böyük və məsuliyyətli işə hazırlığa başlamışdır. Hazırlıq prosesi isə bütövlükdə ümummilli liderimiz Heydər Əliyevin “XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” 2003-cü il 5 iyun tarixli Sərəncamının həyata keçirilməsindən ibarət idi.

Sidney Olimpiya oyunlarına hazırlıq ərəfəsində sınaqdan çıxmış təcrübəyə istinad edərək və Afina Olimpiadasına hazırlığı mütəşəkkil, planlı və elmi əsaslar üzərində aparmaq məqsədi ilə Milli Olimpiya Komitəsi nazirliklə birlikdə hazırlıq konsepsiyası tərtib etmişdir.

İlk baxışdan çox sadə və yığcam görünən bu sənəd, əslində, respublikamızın bütün idman təşkilatlarının həm elmi-texniki, həm kadr potensialını, həm də ehtiyat qüvvələrini araşdırmağa imkan verən çoxşaxəli proqram kimi nəzəri cəlb etmişdir.

Ölkə idmançılarının Olimpiadaya hazırlığı mərhələlər üzrə aparılmışdır. 2001-ci ili əhatə edən birinci mərhələdə Sidney Olimpiya oyunlarında qazanılmış nəticələr dərindən təhlil edilmiş, daha yüksək nəticələr gözlənilən idman növləri müəyyənləşdirilmiş, məşq və yarış zamanı idmançıların fəaliyyətləri müasir parametrlərə uyğun formalaşdırılmış və idman ustalığının təkmilləşdirilməsi prosesi həyata keçirilmişdir.

İkinci mərhələdə hazırlığın daha səmərəli təşkili məqsədi ilə dayaq idman növləri və müvafiq növlər üzrə dayaq idman bazaları müəyyənləşdirilmiş, bu idman növlərini inkişaf etdirən federasiyalardan namizəd idmançılar haqqında təkliflər alınmış, lisenziya əldə edə biləcək idmançıların və ehtiyat qüvvənin tam tərkibi hazırlanmışdır. Eləcə də bu dövrdə hazırlığın səviyyəsini əks etdirən model göstəricilər və normativlər sistemi hazırlanmış, yüksək dərəcəli idmançıların hazırlanması üçün elmi qruplarla birlikdə elmi-metodiki əsaslar işlənmiş, idman nailiyyətlərinin proqnozlaşdırılması, idmançıların sosial-məişət problemləri öz həllini tapmışdır.

XXVIII Yay Olimpiya oyunlarına vəsiqə verən əsas beynəlxalq yarışların əksəriyyəti 2003-2004-cü illərə təsadüf etmişdir. Hazırlığın ən gərgin və məsuliyyətli olan üçüncü mərhələsi də bu illəri əhatə etmişdir. Bu mərhələdə federasiyaların tərtib etdikləri planlara nazirlikdə, Milli Olimpiya Komitəsində və məşqçilər şurasında baxılaraq, yığma komandaların hazırlığı ilə əlaqədar təlim-məşq prosesində iştirak edəcək idmançılar müəyyən edilmiş, idman növlərinin hazırlığını müəyyən edən konkret tədbirlər planı tərtib olunmuşdur.

Olimpiya oyunlarına sırf hazırlıqla bağlı görülən işlərlə paralel olaraq, respublikamızda oyunlara istiqamətləndirilmiş kütləvi tədbirlər təşkil edilmiş, demək olar ki, bütün bölgələrin yeniyetmə və gəncləri tədbirlərə cəlb edilmişlər.

Ölkəmizdə olimpiya hərəkatının daha da genişlənməsi, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələr beynəlxalq qurumların diqqətini Azərbaycana yönəltmiş, bunun nəticəsində son illərdə Bakıda bir sıra nüfuzlu beynəlxalq yarışlar, o cümlədən Afina Olimpiadasına vəsiqə verən təsnifat turnirləri yüksək səviyyədə təşkil edilmişdir. Bu yarışlar həm idmançılarımızın peşəkarlıq səviyyəsinin artmasında, həm də ölkəmizin bir idman dövləti olaraq dünyada tanınmasında əhəmiyyətli rol oynamışdır.

Azərbaycan idmançıları Milli Olimpiya Komitəsi, nazirlik və federasiyalar tərəfindən mütəmadi olaraq dünya və Avropa çempionatlarına göndərilmiş, bu yarışlardan Vətənə sanballı nəticələrlə dönmüşlər. Ölkəmizə gətirilən medalların kəmiyyət baxımından ildən-ilə artımı bunu bir daha sübut etmişdir. Əgər 1992-ci ildə rəsmi beynəlxalq yarışlarda Azərbaycan idmançıları tərəfindən cəmi 23 medal qazanılmışdısa, 2003-cü ilin yekunlarına görə medalların sayı 188-ə çatmışdır.

Möhtərəm Prezident!

Sizin daim idmana göstərdiyiniz diqqət və qayğınız sayəsində idmanımızın beynəlxalq miqyasda təsdiqlənməsi, yarış və məşq proseslərinə ciddi nəzarətiniz, hər rəsmi yarışdan sonra nailiyyət qazanmış adlı-sanlı idmançıları qəbul edib, onları həvəsləndirməyiniz idmançılarda, onların hazırlanmasında zəhmətləri olan məşqçilərdə ruh yüksəkliyi yaratmış, gələcəyə daha nikbin gözlə baxmağa həvəsləndirmişdir. Belə qayğı və diqqətə görə Sizə bütün idmançılar adından səmimi təşəkkürümü bildirirəm.

Hesab edirəm ki, ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən işlərdən saatlarla danışmaq olar. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsi tərəfindən Olimpiya oyunlarına hazırlıq prosesi çərçivəsində ölkədə tikilib istifadəyə verilən yeni idman qurğuları idman nəticələrimizin ildən-ilə artmasına, idmanın kütləvi inkişafına, Olimpiadaya hazırlıq işinin sürətləndirilməsinə şərait yaratmışdır. Elə bunun nəticəsidir ki, indi olimpiya yığma komandamızın tərkibində ölkəmizi, ötən Olimpiya oyunlarından fərqli olaraq, 5 şəhərin – Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevirin idmançıları təmsil edəcəklər.

Biz çalışmışıq ki, hazırlığın mütəşəkkil aparılması naminə hər bir xırda məsələyə həssaslıqla yanaşaq, ortaya çıxan problemləri vaxtında həll edək. Demək olar ki, ehtiyac duyulan idman bazaları yeni inventarlar, idman ləvazimatı ilə təmin edilmiş, yığma komandalara hazırlıq prosesi üçün zəruri olan dərman preparatları və vitaminlər verilmişdir. Respublika idmançılarının Olimpiadaya hazırlıq işləri ilə gündəlik və kooperativ şəkildə məşğul olmaq və nəzərdə tutulmuş tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmək məqsədi ilə xüsusi qərargah yaradılmışdır.

Qərargah idman təşkilatları və idman növləri üzrə federasiyalarla birlikdə milli komandaların heyətlərini hazırlamış, hazırlığa cəlb edilmiş bütün namizədlərin fərdi planlarını nəzarətə götürmüş, lazım olan maliyyə vəsaitinin smeta xərclərini tərtib etmiş, idmançıların və məşqçilərin maddi-texniki təminatını, həkim nəzarəti və tibbi xidmət işlərinin ciddi nəzarətə götürülməsini təmin etmişdir.

XXVIII Yay Olimpiya oyunlarına respublika rəhbərliyi tərəfindən ilk dəfə olaraq, dövlət büdcəsinə daxil edilən “Olimpiya oyunlarına hazırlıqla bağlı xərclər” bölməsindən 3 milyard 500 milyon manat məqsədli vəsait ayrılmışdır. Olimpiya oyunlarına hazırlıq üçün sərf olunmuş vəsaitin ümumi xərci 4 milyard 105 milyon manat təşkil etmişdir. O cümlədən lisenziya turnirlərində iştirak və lisenziya turnirlərinin respublikamızda keçirilməsi üçün 1 milyard 540 milyon manat, təlim-məşq toplanışlarının keçirilməsi üçün 500 milyon manat, idman forması, idman inventarı və avadanlığı, idmançılar üçün dərman preparatları və vitaminlər, sarğı materialları alınması üçün 1 milyard 385 milyon manat, Olimpiya oyunlarına lisenziya qazanmış idmançılara və onların məşqçilərinə xüsusi Olimpiya təqaüdünün verilməsi üçün 160 milyon manat, idman nümayəndə heyətinin Olimpiya oyunlarına yola salınması və sair xərclərin ödənilməsi üçün 520 milyon manat vəsait ayrılmışdır. Qeyd etməliyəm ki, bu rəqəmlər yalnız dövlət büdcəsindən ayrılmış vəsaiti əhatə edir. Bundan əlavə, Milli Olimpiya Komitəsi və müvafiq federasiyalar tərəfindən hazırlıq prosesinin mütəşəkkil aparılması üçün lazımi kömək göstərilmişdir. Fürsətdən istifadə edərək, göstərdikləri səmərəli fəaliyyətlərinə görə müvafiq idman təşkilatlarına Gənclər, İdman və Turizm Nazirliyi adından təşəkkürümü bildirirəm.

Azərbaycan idmançıları da onlara yaradılan belə əlverişli şəraitdən məharətlə istifadə edərək, Olimpiya oyunlarına 38 lisenziya əldə etmişlər.

Bir faktı da xüsusi vurğulamaq lazımdır. Bu da ondan ibarətdir ki, Sidney və Afina Olimpiya oyunlarına vəsiqə əldə etmək şərtləri heç də eyni olmamışdır. Sonuncuda bu şərtlər xeyli çətinləşdirilmişdir. Xüsusilə də dopinqə qarşı mübarizə çərçivəsində dünyada keçirilən bütün rəsmi yarışların ciddi nəzarətə götürülməsini xatırlasaq, lisenziya qazanmağın nə qədər çətin olduğunun bir daha şahidi oluruq. Lakin idmançılarımız bütün bu maneələri dəf edib olimpiadada iştirak hüququ əldə edə bilmişlər.

Eyni zamanda, bizi sevindirən olimpiya lisenziyalarının təkcə kəmiyyət baxımından artması deyil, həm də keyfiyyət cəhətdən də irəli getməyimizdir. Əgər Sidneydə yığma komandamız 10 idman növündə təmsil olunmuşdusa, Afinada 12 idman növü üzrə yarışacaqdır. Bu idman növlərini diqqətinizə çatdırmaq istərdim: boks, ağır atletika, taekvondo, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, bədii gimnastika, stend atıcılığı, güllə atıcılığı, yüngül atletika, üzgüçülük, qılıncoynatma. Taekvondoçularımız, bədii gimnastımız və qılıncoynadan qadın idmançımız da öz adlarının Olimpiya oyunlarının tarixinə düşməsinə nail olmuşlar. Əldə edilən 38 lisenziyadan 36-sı idmançılarımızın çətin yarışlarda gərgin mübarizələri nəticəsində qazanılmış, yalnız iki vəsiqə xüsusi dəvət şəklində təqdim edilmişdir. Belə göstərici isə bir Olimpiadadan digər Olimpiadaya doğru uğurlarını artıran idmançılarımızın, ümumiyyətlə, idmanımızın güclü potensiala malik olmasından xəbər verir.

Olimpiyaçı adına layiq görülmüş hər bir idmançı və onun şəxsi məşqçisi bugünədək həm Milli Olimpiya Komitəsi, həm də nazirlik tərəfindən təqaüdlərlə təmin olunmuşlar.

Bütün hazırlıq işləri geridə qalmışdır. Digər təşkilati məsələlər – akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər kimi məsələlər artıq həll edilmişdir. Missiyamız artıq 10 gündür ki, Afinanın olimpiya şəhərciyində fəaliyyətdədir. Komandamızın əsas tərkibi “Azərbaycan Hava Yolları”nın xüsusi təyyarəsi ilə ayın 10-da birbaşa Afinaya gedəcəkdir. Digər nümayəndələr ayın 12-i və 21-də “İmair”in xüsusi turist uçuşları ilə yarışlara çatdırılacaqlar.

Əlavə olaraq bildirməliyəm ki, avqustun 15-də keçiriləcək “Azərbaycan günü” adlı tədbirin hazırlıq işləri artıq başa çatmaqdadır. Milli Olimpiya Komitəsi tərəfindən hazırlanan bu tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin, bir çox milli olimpiya komitələrinin və beynəlxalq federasiyaların nümayəndələrinin iştirakı gözlənilir.

Qarşıda idmançılarımıza Olimpiya oyunlarında iştirak edərək iradə, dözüm, mərdlik və milli qürur hissi göstərib qələbə uğrunda mübarizə aparmaq qalır. Biz onları hörmətli cənab Prezidentimizin iştirakı ilə böyük ümidlərlə yola salır və inanırıq ki, bu etimadı doğruldacaqlar. Diqqətinizə görə sağ olun.

X X X

Sonra sərbəst güləş üzrə məşqçi Yaqub Məmmədova söz verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib