Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb

Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb

Bakı, 1 fevral, AZƏRTAC

Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin bu günü, gələcəyi, həm də sabaha olan ümididir. 44 günlük Vətən müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə tezliklə sağalaraq, cəmiyyətdə aktiv olmağı arzulayıram. Tək biz yox, bütün dünya bir daha gördü ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır və ədalətin bərpası üçün vuruşur. Qeyd edim ki, gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə mübarizə aparırdılar, virtual məkanda, ölkəmizin haqq mübarizəsini işıqlandırırdılar. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini təbliğ edir, erməni terroru haqqında məlumatlar yayır, tədbirlər, yürüşlər keçirirdilər. Yüksək təşkilatlanma var idi. Bütün bunlar bir daha göstərdi ki, ötən illər ərzində çox güclü gənclik formalaşıb. Biz gənclərimizlə fəxr edirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O bildirib ki, dövlətimizin inkişafı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycanda gənclərin elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.

Deputat qeyd edib ki, Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutub və bu milli adət-ənənəyə çevrilib. Əfsuslar olsun ki, bəzən bütün dünyada bu mənfi tendensiyaların genişləndirilməsinə səy göstərilir və bu tendensiyadan yan qaçmaq istəyən və alternativ yollar axtaran ölkələrə təzyiqlər edilir. Burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev vətənpərvərlik, milli mənəvi, mədəni və ailə dəyərlərin qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman deyir ki, gənclərimiz inkişaf etməli, yenilikçi, yaradıcı olmalı, daim irəli getməlidir. Lakin milli ruhu, dəyəri heç zaman unutmamalıdır. Bu gün gənclərimiz daha aktiv olmalı, Azərbaycanı daha yüksək səviyyədə tanıtmalı, onun tarixini, mədəniyyətini təbliğ etməlidirlər. Biz isə onlara dəstək olmalı, həyata keçirmək istədikləri layihələrin reallaşmasına yardım göstərməliyik.

Hicran Hüseynova vurğulayıb ki, 26 il bundan əvvəl keçirilən Azərbaycan gənclərinin ilk forumu Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra gənclərlə, onun inkişaf strategiyası ilə bağlı ilk mühüm tədbir olub. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olunur. Artıq 25 ildir ki, bu gün qeyd edilir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərlə olan münasibətini belə qeyd edir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

“Ölkə əhalisinin 22,8 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin davamlı və sistemli şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər - 2005-2009-cu illərdə “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illərdə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilib. Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5 mindən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa imkan qazanıblar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub. Gənclər Fondunun yaradılması ölkənin gənclər siyasətinin mahiyyət etibarilə yeni səhifəsinin başlanğıcıdır. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü ilin iyulun 2-də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu, - deyə deputat bildirib.

Hicran Hüseynova diqqətə çatdırıb ki, son 18 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox artıb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb. Bu isə əlbəttə ki, ailələrin sosial rifah halının yaxşılaşması, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edildi. Növbəti on ildə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet həyata keçiriləcək. Bu prioritetlər hər bir vətəndaşımızı əhatə etməklə yanaşı, onların həyat səviyyəsinin daha da artmasına, xüsusilə də gənclərin inkişafına, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətimizin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir.

Gənclər xalqımızın ən böyük və qiymətli sərvətidir. Bizim borcumuz bu sərvəti qorumaqdır. Ümummilli Liderin sözləri ilə desək, “Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hicran Hüseynova: Azərbaycanda doğulan hər on iki uşaqdan biri talassemiya xəstəsidir

Hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Bakıda Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilibYENİLƏNİB

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Məhkum qadınlardan uşaqlara hədiyyə

Son beş ayda əlilliyi olan 44 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Xaricdə yaşayan Monqolustan vətəndaşları parlament seçkiləri üçün səs verirlər

105 yaşlı qadın Stanford Universitetinin magistr diplomunu alıb

Mingəçevirdəki çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Beynəlxalq təşkilatın rəhbəri Azərbaycanın malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib

Mədəniyyət Nazirliyi: Təmir-bərpa və abadlıq işlərinə ciddi nəzarət olunur

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub

Yunanıstan Afinada elektrikli taksilərin sayını on dəfə artırmağı hədəfləyir

Tədarük məntəqələrinə 230 tondan artıq yaş barama təhvil verilib

Qazaxıstanda teleproqramların yerli dildə yayımı 60 faizə çatdırılacaq

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Sabirabadda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək ŞƏRH

Monteneqronun sabiq Baş naziri: COP29-a hazırlıq prosesini dəstəkləməyə hər zaman hazırıq

Azərbaycan millisinin sabiq futbolçusu klubların avrokuboklardakı şanslarını dəyərləndirib

Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırılıb

Beynəlxalq Muğam Mərkəzində “Pianissimo” adlı duet konsert təqdim edilib

Baş prokuror Qazaxda vətəndaşları qəbul edəcək

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB

“Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” - beynəlxalq konfrans

Türkiyə Prezidenti gələn ay dörd ölkəyə səfər edəcək

“Business Standard”: Bu il 4,3 min nəfər milyonçu Hindistanı tərk edə bilər

Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi təşkil olunub

İyunun sonunda Ursula Fon der Lyayenin taleyi həll olunacaq

Qazaxıstanda üç xarici universitetin kampusu açılacaq

IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib VİDEO

Azərbaycanın 3 yunan-Roma güləşçisi BRICS Oyunlarında medal qazanıb

Türkiyə qaz idxalı həcmini azaldıb

Azərbaycan, Türkiyə və Rusiyanın kimyaçı alimləri mühüm elmi nəticə əldə ediblər

Ötən il Türkiyənin idxal etdiyi qazın 20 faizdən çoxu Azərbaycanın payına düşüb

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar VİDEO

Qazaxıstan parlamenti Senatı TDT ilə yükdaşımalar sahəsində sazişi təsdiqləyib

Əbdüləziz əl-Tüveycri: COP29 böyük imkanlara malik ölkədə keçiriləcəyinə görə uğurlu olacaq

İştvan Apati: Azərbaycan və macar xalqları bütün çətinliklərə rəğmən yeni başlanğıc üçün özlərində güc tapa biliblər

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

Azərbaycanlı aktrisa “Debütlərin Birliyi” beynəlxalq mükafatının laureatı olub

Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırıblar

Vladanka Andreyeva: COP29 gənclərin səsinin eşidilməsi üçün yaxşı fürsətdir

Azərbaycan klubu milli komandanın voleybolçusunu transfer edib

Filip Vuyanoviç: Azərbaycan ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının idarə edilməsi baxımından digər ölkələr üçün yaxşı nümunədir

"Sabah" klubunun kapitanı: Püşk qarşımıza ən çətin rəqibi çıxardı

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi COP29-a ev sahibliyi etməyimiz üçün bizə ilham verdi

Üç ölkənin müəyyən ərazilərinə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar

Azərbaycanın iki parapauerliftinqçisi Dünya Kubokunda iştirak edəcək

Alman professor: Azərbaycan vətəndaşları sığorta risklərini necə həll edəcəklərini düşünürlər

Sabah bəzi yerlərdə arabir leysan yağacağı, dolu düşəcəyi ehtimalı var

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

Fransa-Ermənistan tandemi hər iki ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər ŞƏRH

UNICEF: Hava çirkliliyi qlobal miqyasda əsas ölüm faktorlarından biridir

Türk dünyası: Birlikdə yeni strateji hədəflərə doğru

Yalçın Rəfiyev: COP29-a hazırlıqla bağlı görülən işlər təyin edilən vaxta uyğun gedir

Azərbaycan paraüzgüçüsünə “Paris-2024”də iştirak hüququ verilib -EKSKLÜZİV

Avropanın qaz ehtiyatlarının həcmi 74 faizi ötüb

ICESCO Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciət yayıb

Ölkəmiz Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olunub

İsmail Serageldin: Bu gün İKT sahəsi və elm təbii fəlakətləri qabaqlamağa imkan yaradır

İtalyan türkoloqun “Dədə Qorqud kitabı” ilə bağlı araşdırmaları” Azərbaycan dilində çapdan çıxıb

Polşa ukraynalı qaçqınlar üçün bəzi ödənişləri ləğv edəcək

Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

“Defence News”: ABŞ Çinin robot-itlərinin döyüş meydanına çıxa biləcəyindən narahatdır

AFFA Premyer Liqa klubunun sabiq məşqçisini cəzalandırıb

Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri məsələləri müzakirə edilir YENİLƏNƏCƏK

Salvadorda leysan yağışları 11 nəfərin ölümünə, 800-dən çox insanın təxliyə edilməsinə səbəb olub

FIFA reytinqi: Futbol üzrə Azərbaycan millisi bir pillə irəliləyib

Nazir: İqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirməliyik

Fərid Qayıbov: Azərbaycan əhalisinin dörddəbirini gənclər təşkil edir

Azərbaycanın Məhkəmə-Hüquq Şurası Koreyada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Taxıl sahələrinin 30 faizində biçin yekunlaşıb

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində "Elm, texnologiya və innovasiyanın rolu” mövzusu müzakirə olunub YENİLƏNİB

BDU alimlərinin nanokompozit materialların sintezinə dair tədqiqatları davam edir

Azərbaycan futzal millisinin FIFA reytinqindəki mövqeyi bəlli olub

Alimlər: Yer iqlimi Günəşin sıx ulduzlararası buluddan keçməsinin təsirinə məruz qalacaq

Avro-2024: Almaniya millisi öz rekordunu yeniləyib

Dünya alimləri AzMİU-da – “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə həsr olunan beynəlxalq konfrans keçirilir

Ötən ay 3,2 mindən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

Ombudsman Aparatının və Bakı Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə sahilyanı təmizlik aksiyası keçirilib

Honkonq Kore Akademiyası ilə elmi əməkdaşlıq məsələləri müzakirə edilib

Bakıdakı Rus evində Maksim Qorkinin Bakı səyahəti barədə mühazirə oxunub

“Zəngi qəzeti”nin qadın müxbirləri - Araşdırma

Ağdamın 3 kəndinə yeni elektrik xətlərinin çəkilişi nəzərdə tutulub

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (ikinci cəhd) keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri: Biz əhalinin xərclərini öz üzərimizə götürürük

Türkiyənin 2 vilayətində 5 terrorçu zərərsizləşdirilib

Ekvadorda kəskin hava şəraiti 126 nəfəri evsiz qoyub

® “STP Şirkətlər Qrupu” yeni əməkdaşlığa imza atıb

ASA: Azərbaycanda sığorta xidmətləri penetrasiyasının böyüməsi üçün potensial var

AEBA-nın koordinatoru: İqlim probleminə həll yolları axtarmaq üçün COP29 əla fürsətdir

Mərakeş donanması Atlantik okeanı sahillərində 91 miqrantı xilas edib

Rusiya Ukraynanın enerji obyektlərinə güclü zərbələr endirib

Muxtar Babayev: COVID-19 ilə iqlim dəyişikliyinə qarşı birgə mübarizəmiz arasında paralellər olduqca əhəmiyyətlidir

AMEA və Çinin Hebey Sosial Elmlər Akademiyası əməkdaşlıq edəcək

Yeni Kaledoniyanın xarici işlər naziri: Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq VİDEO

“Araz-Naxçıvan” klubunun yay hazırlıq planı açıqlanıb

Məcnun Məmmədov: Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur