“Gənclər və ünsiyyət” adlı onlayn görüşlər çərçivəsində vebinar keçirilib
Bakı, 2 iyun, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” adlı silsilə onlayn görüşlər çərçivəsində “Münasibətlər” mövzusunda vebinar keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətinin gənclər arasında təbliği, gənclərin ideya və təkliflərinin müzakirəsi, könüllü fəaliyyətlərə həvəsləndirməsi, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkili, onları maraqlandıran sualların cavablandırılması olub.
Vebinarda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, psixoloq Fidan Azərqızı, Azərbaycan Kooperasiya Universitetinin mətbuat və ictimai xidmətinin rəhbəri Tamerlan Əkbərov və fəal gənclər iştirak ediblər.