“Gənclərin sosial həyata inteqrasiya edilməsində imkanların artırılması” layihəsi uğurla həyata keçirilir
Bakı, 16 may (AZƏRTAC). “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi (GİM) Almaniya Xalq Universitetləri Birliyinin (dvv international) və British Council-un dəstəyi ilə Göyçay rayonunda həyata keçirdiyi “Gənclərin sosial həyata inteqrasiya edilməsində imkanların artırılması” layihəsi çərçivəsində layihənin ilk komponenti olan Göyçay Debat Proqramının hazırlıqlarına başlamışdır.
“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, artıq Göyçay Debat Proqramının hazırlıqları Vətəndaş Cəmiyyətində Debat İB-nin peşəkar debatçıları tərəfindən mayın 13, 14, 15-də Göyçay şəhər məktəblərində keçirilmişdir.
Debat proqramını təşkil etməkdə məqsəd Göyçay məktəblərində yuxarı sinif şagirdlərinə tənqidi təfəkkür, araşdırma, dinləmək, qeyd aparmaq, fikir yürütmək bacarıqları aşılamaq, cəmiyyət qarşısında sərbəst çıxış etməkdə, natiqlik sənətini inkişaf etdirməkdə kömək etməkdir.
Göyçay Debat Proqramının turniri “Uğurlu karyeranın qurulması düzgün ixtisas seçimindən asılıdır” mövzusu üzərində qurulacaqdır.
Göyçay Debat Proqramının yekun turniri mayın 21-də Göyçay şəhər 1 saylı orta məktəbdə keçiriləcəkdir. Turnirdə qalib gəlmiş məktəbin debatçılarına Kubok və medallar təqdim olunacaqdır.
Qeyd edək ki, Göyçay Debat Proqramını həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyi, İrəli İB və Vətəndaş Cəmiyyətində Debat İB dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]